İyulun 1-dək təyin edilmiş pensiyaların yenidən hesablanması qaydası açıqlanıb » Regionxeberleri.com İyulun 1-dək təyin edilmiş pensiyaların yenidən hesablanması qaydası açıqlanıb » Regionxeberleri.com

reklam
» » İyulun 1-dək təyin edilmiş pensiyaların yenidən hesablanması qaydası açıqlanıb

reklam

İyulun 1-dək təyin edilmiş pensiyaların yenidən hesablanması qaydası açıqlanıb

Azərbaycanda 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması qaydası açıqlanıb.

Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və bu gündən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Məsələn, 25 iyun 2017-ci il tarixdən III dərəcə əlil hesab edilən 7 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 2065 manat pensiya kapitalı qeydə alınmış 36 yaşlı sığortaolunan şəxsin 3-cü dərəcə əlilliyə görə əmək pensiyasının məbləği 91,91 manat təşkil edir (baza hissəsi 60,5 manat + sığorta hissəsi 31,41 manat = 91,91 manat). 1 iyul 2017-ci il tarixdən onun pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən şərti çevrilməklə 91,91 manat sığorta hissəsi kimi müəyyən olunur. Yaxud 1 mart 1953-cü il təvəllüdlü sığortaolunana pensiya hüququnun yarandığı 1 mart 2016-cı il tarixdən 215 manat (baza hissəsi 110 + sığorta hissəsi 105) məbləğində yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamına əsasən onun əmək pensiyasının məbləği 1 yanvar 2017 il tarixdən 228,02 manat (baza hissəsi 110 + sığorta hissəsi 118,02) məbləğində yenidən hesablanıb. Sığortaolunanın əmək pensiyasının baza və sığorta hissələrinin cəmi 228,02 manat məbləğinin qanuna uyğun şərti çevrilməsi aparılaraq onun əmək pensiyasının sığorta hissəsi 228,02 manat məbləğində müəyyənləşdirilir.

Məsələn, I dərəcə əlil olan sığortaolunana 15 aprel 2017-ci il tarixdə 194,2 manat (baza hissəsi 132 + baza hissəsinə əlavə 11 + sığorta hissəsi 51,2) məbləğində əlilliyə görə əmək pensiyası təyin edilib. Vətəndaşın əmək pensiyasının ümumi məbləğinin şərti çevrilməsi aşağıdakı kimi aparılır:

– 161,2 manat sığorta hissəsi + 22 manat sığorta hissəsinə əlavə + 11 manat sığorta hissəsinə I dərəcə əlilə qulluğa görə əlavə = 194,2 manat müəyyənləşdirilir.

Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Məsələn, şəxsə 2017-ci ilin martında II dərəcə əlilliyə görə 200 manat (baza hissəsi 110 manat + sığorta hissəsi 90 manat) pensiya təyin edilib. İşləməkdə davam etdiyi üçün ona pensiyanın yalnız baza hissəsi ödənilib (01.07.2017-ci tarixindən pensiya tam məbləğdə ödənilir). Qanunda edilmiş dəyişikliyə əsasən onun 2017-ci ilin martından sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 80 faiz artırılmaqla 2017-ci ilin 1 iyul tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınır. Bu şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və yaxud yaşa görə pensiya hüququ yarandıqda, qanuna əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə pensiyası yenidən hesablanır. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məsələn, sığortaolunan qadına 20 dekabr 2012-ci ildə yaşa görə pensiya təyin edilib və o, işləməkdə davam edir. 2017-ci il iyulun 5-də qadın pensiyasının pensiya təyin edildikdən sonra toplanmış pensiya kapitalı əsasında yenidən hesablanması barədə müraciət etmişdir. Pensiya təyin olunduqdan sonra azı 6 il işləmədiyi üçün onun pensiyası yenidən hesablanmır. Tutaq ki, 1 mart 2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunanın 01 iyul 2017-ci il tarixdən pensiyasının məbləğinin şərti çevrilməsi aparıldıqdan sonra onun pensiyası yalnız sığorta hissəsindən ibarət olmaqla 250 manat təşkil edir. Vətəndaş pensiya təyin edildikdən sonra hazıradək işləməkdə davam edir.

Sığortaolunan pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması məqsədilə 15 avqust 2017-ci il tarixdə müraciət edib. Onun 1 mart 2006-cı il tarixdən 15 avqust 2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 10000 manat təşkil edir. Bu zaman onun əmək pensiyası 1 mart 2006-cı il tarixdən 15 avqust 2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 72-yə bölünməklə yenidən hesablanır və növbəti ayın 1-dən ödənilir. Beləliklə, onun əmək pensiyasının sığorta hissəsinin məbləği 1 sentyabr 2017-ci il tarixdən 388,89 manat (250 manat + 138,89 manat (10000/72 = 138,89) təşkil edəcək.

Məsələn, 17 avqust 2011-ci il tarixdən 57 yaşında güzəştli şərtlərlə 270 manat məbləğində yaşa görə pensiyası təyin olunmuş kişi 17 noyabr 2017-ci il tarixdə pensiyasının yenidən hesablanması barədə müraciət edib. Pensiya təyin edildikdən sonrakı 6 il 3 ay müddətində onun fərdi hesabının sığorta hissəsində 25000 manat pensiya kapitalı qeydə alınıb. Onun pensiyasının sığorta hissəsinin 2017-ci il dekabr ayının 1-dən belə hesablanarkən ilk növbədə yenidən hesablanma zamanı gözlənilən pensiya ödənişi aylarının sayı müəyyənləşdirilir: 6 ay (63,5 – 63 = 0,5 ay). 63,5 yaşında pensiya təyin edilmiş şəxsin pensiyasının ödənilməsində gözlənilən pensiya ödənişi müddəti 144 ay olduğundan, onun gözlənilən pensiya ödənişi aylarının sayı 144 +6 = 150 ay təşkil edəcək. Həmin şəxsin qeydə alınmış pensiya kapitalı işləmiş olduğu ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılaraq 78-ə (150 – 72) bölünür (25000/78=320 manat) və beləliklə onun pensiyasının məbləği 01 dekabr 2017-ci il tarixdən 590,1 manat (270 + 320,5) təşkil edir.

Tutaq ki, 20 avqust 2011-ci il tarixdə 45 yaşlı təyyarəçiyə 540 manat güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilib. Pensiya təyin edildikdən sonra o, işləməkdə davam edir və 31 avqust 2017-ci il tarixdə pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 65420 manat pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanması barədə müraciət etmişdir. Onun pensiyası aşağıdakı qaydada yenidən hesablanır:

– 51 yaşlı təyyarəçinin pensiya ödənişi müddəti 150 ay (63,5 – 51 = 12 il 6 ay x 12 ay) artırılaraq 294 ay (150 + 144) hesablanır və sonra onun pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılaraq 222 ay (294 – 72) müəyyənləşdirilir. Beləliklə, pensiya 01 sentyabr 2017-ci il tarixdən 294,69 manat (65420 : 222) məbləğində yenidən hesablanaraq artırılır və pensiyanın ümumi məbləği 834,69 manat təşkil edir.

Qanuna əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Məsələn, 15 may 1975-ci il təvəllüdlü şəxsə hüququnun yarandığı 01 iyun 2010-cu il tarixdən 7 il sığorta stajı nəzərə alınmaqla II dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib və işləməkdə davam etdiyi üçün ona təyin edilmiş pensiyanın yalnız baza hissəsi ödənilib. Şəxs 5 aprel 2015-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün həmin gündən pensiyası 240 manat məbləğində tam ödənilib. Vətəndaş əmək pensiyasının yenidən hesablanması üçün 15 noyabr 2017-ci il tarixdə müraciət edib. Onun 1 iyun 2010-cu il tarixdən 05 aprel 2015-ci il tarixədək fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı 4050 manat və həmin tarixə cəmi sığorta stajı 11 il 10 ay 4 gün təşkil edir. Bu zaman onun əmək pensiyası 10 noyabr 2017-ci il tarixdən fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 75-ə (40 yaş – 15 yaş = 25 yaş x 4 ay = 100 ay : 192 = 0,5625 x 144 = 74,99) bölünməklə yenidən hesablanır. Beləliklə, onun əmək pensiyasının sığorta hissəsinin məbləği 10 noyabr 2017-ci il tarixdən 294 manat (240 manat + 54 manat (4050 : 75 = 54)) təşkil edəcək.




Paylaş:


Müəllif : Tarix:
23-12-2017, 18:51
  


loading...