» » Universitet rəhbərliyindən Milli Qəhrəmana HÖRMƏTSİZLİK - Onu içəri buraxmadılar

Universitet rəhbərliyindən Milli Qəhrəmana HÖRMƏTSİZLİK - Onu içəri buraxmadılar

Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov Bakı Slavyan Universitetində xoşagəlməz mənzərə ilə rastlaşıb. Belə ki, Milli Qəhrəman universitet rəhbərliyinin göstərişi ilə içəri buraxılmayıb. Bu barədə Məhəmməd Həsənov özü Modern.az saytına məlumat verib.

O bildirib ki, xoş niyyətlə Bakı Slavyan Universitetinə gedibmiş.

“Neçə illərdir ki, Goranboy rayonunun Veyisli kənd orta məktəbində direktor işləyirəm. İstədim ki, universitetə gəlib uşaqlar üçün maraqlı nümunələr götürüm. Ona görə də vaxtilə təhsil aldığım universitetə baş çəkmək qərarına gəldim. İndiki Bakı Slavyan Universitetinə yollandım. Amma universitetə ayaq basan kimi xoşagəlməz mənzərə ilə rastlaşdım. Mühafizə xidməti universitet rəhbərliyinə məlumat versə də, məni içəri buraxmadılar.
”Qəbul etməyin, çıxıb getsin” dedilər. Bu mənzərə mənə o qədər pis təsir etdi ki! Bilə-bilə ki, Milli Qəhrəmanam, bu universtitetin məzunu olmuşam, mənimlə insafsızcasına rəftar etdilər”.
 


Paylaş:


Müəllif : Tarix:
12-01-2017, 10:43
  
loading...