reklam
» » 2018-ci ildə hansı kadr dəyişikliyi olacaq? - İDDİA

reklam

2018-ci ildə hansı kadr dəyişikliyi olacaq? - İDDİA

2017-ci il ölkədə ciddi kadr islahatları kimi yadda qaldı. 15 il nəqliyyat naziri postunu tutan Ziya Məmmədov görəvdən alındı. Ardınca bir neçə icra başçısının yeri dəyişdirildi və ya vəzifədən uzaqlaşdırıldı. İlin son ayında isə gözlənilmədən Vergilər naziri Fazil Məmmədov postunu itirdi.

Bütün bunlar bir daha göstərdi ki, start götürən kadr islahatları növbəti illərdə də davam edəcək. Uzun illər eyni postu tutan oliqarx məmurlar bir gün vəzifələrini itirə biləcəkləri ilə artıq başa düşdülər.

Bu arada 2018-ci ilin postunu itirən ilk məmurunu kim olacağı olduqca maraqlıdır suallardandır. İlin ilk postunu itirən məmuru kim olacaq?

Bizimxeber.az-a daxil olan məlumata görə, bu il əvvəlki illərdən fərqli olaraq daha çox kadr islahatlarının şahidi olacağıq. Məlumata görə, ilk aylarda bir necə icra başçısının dəyişdiriləcəyi gözlənilir. Uzun illər icra başçısı postunu tutan və otaqdan çıxmayan məmurların ilə vidalaşmağın zamanı çatıb.

Məlumata görə, Lənkəran icra başçısı Taleh Qaraşov, Biləsuvar icra başçısı Mahir Quliyev, Neftçala icra başçısı İsmayıl Vəliyev, Kurdəmir icra başçısı Ceyhun Cəfərov və daha bir neçə icra başçısının sərəncama göndərilməsi gözlənilir.

Məlumata görə, uzaq Yardımlıdan yaxın Salyana icra başçısı təyin olunan Sevindik Hətəmovun Yasamal rayon icra başçısı olmaq şansı daha böyükdür. Yasamal icra başçısı olmaq üçün çalışan Lənkəranın icra başçısı Taleh Qaraşova verilən YOX cavabı Sevindik Hətəmovun sözügedən rayona təyin olunma şanslarını artırıb.

Bizimxeber.az-ın məlumatına görə, vəzifədən çıxarılan icra başçılarının əvəzinə gənc və daha prespektivli başçıların tıyin olunacağı gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
4-01-2018, 09:08
  


loading...
Загрузка...