reklam
» » Mirşahin yeni televiziya açır- ANS-in tanınmışları orada

reklam

Mirşahin yeni televiziya açır- ANS-in tanınmışları orada

İki il əvvəl bağlanan ANS-in vitse –prezidenti Mirşahin Ağayev yeni televiziya açır.
 
Regionxeberleri.com - un Qafqazinfo-ya istinadən məlumatına görə, Mirşahin komandasını tam formalaşdırıb.
 
Onların arasında ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı başda olmaqla, Azadə Balayeva, Afət Telmanqızı da var.
 
Kanal hələ ki, internet üzərindən yayımlanacaq. Ötən həftədən sınaq çəkilişlərinə start verilən TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı bildirilir.
 
Bütün televiziya fəaliyyətini ANS-in prezidenti Vahid Mustafayevlə bərabər həyata keçirən Mirşahinin yeni işində silahdaşı ilə birgə olub-olmaması barədə dəqiq məlumat yoxdur. İlkin məlumatlara görə, layihə Mirşahinə məxsusdur.
 
Məsələylə bağlı jurnalistdən açıqlama almaq mümkün olmayıb.


Paylaş:


Müəllif : Tarix:
15-01-2018, 10:16
  


loading...
Загрузка...