Bakıda avtomobil kirayəsi şirkəti borcunu ödəməkdən imtina etdi - GİLEY » Regionxeberleri.com Bakıda avtomobil kirayəsi şirkəti borcunu ödəməkdən imtina etdi - GİLEY » Regionxeberleri.com

reklam
» » Bakıda avtomobil kirayəsi şirkəti borcunu ödəməkdən imtina etdi - GİLEY

reklam

Bakıda avtomobil kirayəsi şirkəti borcunu ödəməkdən imtina etdi - GİLEY

“Brend- Rent a car” avtomobil kirayəsi firması başqa bir şirkətin xidmətlərinə görə ödəməli olduğu pulu vermir.
Bununla bağlı Məhərrəm Vəliyev adlı şikayətçi “Ölkə.Az”-a müraciət edib.

Müraciətdə qeyd olunur ki, 2017-ci ildən “Brend- Rent a car” şirkəti kirayəyə verdiyi maşınların təmiri üçün “Toyota Eurostyle” şirkətinə müraciət edib.

Servis xidməti göstərən şirkət 6 ay ərzində "Brend" avtomobillərinin texniki qulluq və təmir işlərini görüb və öhdəliyini yerinə yetirib. Lakin qarşı tərəf bunun müqabilində ödəməli olduğu məbləği verməyib.

“Toyota Eurostyle” şirkətinin nümayəndəsi bildirib ki, avtomobil kirayəsi ilə məşğul olan bu şirkət 3480 AZN borcludur.
Müraciətdə iddia olunur ki, “Brend- Rent a car” şirkətinin rəhbəri Rəhman adlı şəxs şirkətin borclu olduğu pulu müxtəlif bəhanələrlə ödəməkdən imtina edir.

Şirkətin bu hərəkətləri barədə artıq aidiyyatı orqanlara da şikayət ərizəsi verilib.

Şikayətçi bildirib ki, faktiki olaraq “Brend –Rent a car” tərəfindən düşünülmüş fırıldağın qurbanı olub.

Məsələ ilə bağlı "Brand-Rent a car" şirkətinin də mövqeyini dərc etməyə hazırıq.


Paylaş:


Müəllif : Tarix:
16-01-2018, 11:48
  


loading...