X
Gədəbəyin icra başçısından daha bir şikayət - "...sahibkarlıq fəaliyyətim zorla dayandırılıb" » Regionxeberleri.com Gədəbəyin icra başçısından daha bir şikayət - "...sahibkarlıq fəaliyyətim zorla dayandırılıb" » Regionxeberleri.com

reklam
» » Gədəbəyin icra başçısından daha bir şikayət - "...sahibkarlıq fəaliyyətim zorla dayandırılıb"

reklam

Gədəbəyin icra başçısından daha bir şikayət - "...sahibkarlıq fəaliyyətim zorla dayandırılıb"

Obyektinin qapı-pəncərəsi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən hördürülən sahibkar Fəxrəddin Bağırov Prezident Aamistrasiyasinin rəhbəri Ramiz Mehdiyevə açıq məktub yazıb. Məktubda deyilir:

Hörmətli Ramiz müəllim,

Ucqar dağ rayonu olan Gədəbəyin problemlərinin kifayət qədər olmasına rəğmən, rayonun İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov bu problemlərlə məşğul olmaq əvəzinə bütün diqqətini rayonda fəaliyyət göstərən sahibkarların sıxışdırılmasına yönəldib. Onun qanunsuz əməllərindən zərərçəkən sahibkarlardan biri də mənəm. Vaxtınızı çox almadan qeyd edirəm ki, Yediyarovun tapşırığı ilə obyektimə basqın edilib, obyektimin bütün girişləri daş hasarla qapadılaraq, obyektim təcrid edilib, sahibkarlıq fəaliyyətim zorla dayandırılıb. Mənə qarşı rayon rəhbərinin törətdiyi qanunazidd əməllər barədə bir neçə dəfə sizə müraciət etmişəm. Təəssüf ki, hadisədən 2 ay keçməsinə baxmayaraq Yediyarovun əməllərinə qanuni qiymət verilmir. Niyə qiymət verilmir, artıq bunun səbəbi mənə məlumdur: - məsələn sizə etdiyim şikayətin araşdırılmasını müvafiq əməkdaşa tapşırırsınız. Həmin əməkdaş da məsələ ilə əlaqədar ilk növbədə icra başçısı ilə əlaqə saxlayır. İcra başçısı isə ona mənim obyektimin sənədlərinin düz olmaması barədə yalan məlumat verir və qeyd edir ki, bu barədə məhkəməyə müraciət etmişik. Həmin əməkdaş da məsələnin kökünü araşdırmadan, başçının mövqeyini sizə çatdıraraq şikayətin əsassız olduğunu bildirir. Sizə başçının öz əməllərinə qanuni don geyindirmək üçün qurduğu məhkəmə tamaşaları haqda məlumat vermək istəyirəm. Məsələn, başçının Gədəbəy şəhəri üzrə İƏD nümayəndəsi 10 yanvar 2018-ci ildə rayon Məhkəməsinə iddia ərizəsi göndərib xahiş edir ki, mənim fərdi yaşayış evimdən qeyri-yaşayış sahəsi kimi istifadə etməyimə qadağa qoyulsun, daha dəqiq ifadə etsək, icra nümayəndəsi mənim 6 ildən çox bir müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum şəxsi evimdə bundan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağımın qadağan olunmasını tələb edir. Məhkəmənin hakimi M.Kazımov bu iddiaya baxmağı mümkün sayır. Əvvəla müvafiq əsasnaməyə əsasən icra nümayəndəsi məhkəmədə tərəf kimi çıxış edə bilməz. Yəni iddianın məhkəmə tərəfindən qəbul edilməsi qanunsuzdur. İkincisi bu iddianı tərtib edən, Gəncə Pedaqoji İnstitutunun qiyabi şöbəsinin məzunu – buna baxmayaraq rayon İcra Hakimiyyətinin hüquqşünası vəzifəsini daşıyan Z.İsgəndərov və həmin iddianı imzalamış icra nümayəndəsi Şahbaz Bayramov bilməlidir ki, istinad etdikləri Mənzil Məcəlləsinin 14. 2 maddəsinə əsasən vətəndaş öz mənzilindən sahibkarlıq məqsədi ilə istifadə edə bilər. Həmin məcəllənin 14.3 maddəsində isə aydın şəkildə göstərilir ki, sənaye istehsalatı yaşayış sahəsində yerləşdirilə bilməz. Mənim fəaliyyətim isə tikinti və təsərrüfat mallarının satışından ibarətdir. Eyni zamanda qüvvədə olan müvafiq qanunlarda sahibkarlıq fəaliyyətinin mütləq qeyri-yaşayış sahəsində təşkil edilməsinin mümkünlüyü haqda hec bir müddəa yoxdur.

Hörmətli Ramiz müəllim,

İcra başçısının tapşırığı ilə Gədəbəy bələdiyyəsinin mənə qarşı Gəncə İnzibati İqtisad məhkəməsində qaldırdığı iddia isə daha əsassız və daha gülüncdür. Hətta həmin iddia bir dəfə 2013-cü ildə Gəncə İnzibati İqtisad məhkəməsində rədd edilib. Bu iddia haqda geniş danışmadan yalnız onu deyə bilərəm ki, əgər həmin iddia təmin edilərsə və iddiada göstərildiyi kimi aqrar islahat komissiyasının 3 nömrəli qərarı ləğv olunarsa mənim obyektim də daxil olmaqla 4 minə yaxın vətəndaşın əmlakının sənədləri qanunsuz sayılmalıdır. Ramiz Yediyarovun məqsədi heç də yol verilmiş hər hansı bir qanun pozuntusunu məhkəmə yolu ilə aradan qaldırmaq deyil. Onun məqsədi qanunsuz tələblərinə tabe olmayan, ümidini bu kriminala meyilli, keçmiş vergi işçisinə deyil, ölkə rəhbərliyinə bağlayıb ondan kömək gözləyən insanları illərlə məhkəmə qapılarında süründürmək, fəaliyyətini iflic edib, ozünü müflis etmək, bu yolla başqalarının da gözünü qorxutmaqdır.

Hörmətli cənab Mehdiyev,

Təcrübəli bir dövlət xadimi, H.Əliyev məktəbinin parlaq yetirməsi kimi sizdən xahiş edirəm, Ramiz Yediyarovun mənə qarşı törətdiyi əməllərin araşdırılmasına göstəriş verin, rayon rəhbərinin vətəndaşları əsassız məhkəmə çəkişmələri vasitəsilə sıxışdırıb, rayondan didərgin salmasına imkan verməyin. \\istiqlal.az\\


Paylaş:


Müəllif : Tarix:
17-01-2018, 10:19
  


loading...