X
Vətəndaş özünün müflis elan edilməsi üçün məhkəməyə müraciət edib - Azərbaycanda » Regionxeberleri.com Vətəndaş özünün müflis elan edilməsi üçün məhkəməyə müraciət edib - Azərbaycanda » Regionxeberleri.com

reklam
» » Vətəndaş özünün müflis elan edilməsi üçün məhkəməyə müraciət edib - Azərbaycanda

reklam

Vətəndaş özünün müflis elan edilməsi üçün məhkəməyə müraciət edib - Azərbaycanda

Azərbaycanda vətəndaş özünün müflis elan edilməsi üçün məhkəməyə müraciət edib.

Bu barədə "Report"a vəkil Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, adının açıqlanmasını istəməyən qadının "Unibank"a borcu olduğu üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib: "Məhkəmə bu işə "baxıla bilməz" barədə qərar çıxardı. Daha sonra apellyasiya şikayəti verdik. Bakı Apellyasiya Məhkəməsi isə hesab etdi ki, yalnız fərdi sahibkar özünü müflis elan edə bilər və guya adi fiziki şəxs bu hüquqa malik deyil".

Ə.Həsənov qeyd edib ki, əslində, 2015-ci ilin oktyabrında “Müflisləşmə və iflas haqqında” qanuna edilmiş düzəlişə əsasən, hər hansı şəxs özünü məhkəmə qaydasında müflis elan edə bilər: "“Banklar haqqında” qanun da bunu təsdiqləyir: "Belə ki, həmin qanunun 1.0.19-cu və 57-10.6-cı maddələrinə görə bankın inzibatçısı, yəni fərdi sahibkar olmayan fiziki şəxs müflis elan edilə bilər"".

Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı elan ediləndən sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müracət edilib: "Ali Məhkəmədə isə ilk iclas yanvarın 9-da oldu, lakin məhkəmə məsələnin araşdırılması üçün iki həftəlik fasilə götürdü. Sabah - yanvarın 23-də qərar elan olunacaq. Ümid edirəm ki, sabah Ali Məhkəmə bankların maraqlarını deyil (axı necə olur ki, insanlara borclu olan bank müflis ola bilər, amma banka borclu olan insan müflis ola bilməz?), qanunu və insan haqlarını rəhbər tutacaq. Əks halda, Konstitusiya Məhkəməsinə müraciət edəcəyik".


Paylaş:


Müəllif : Tarix:
22-01-2018, 10:21
  


loading...