X
“Made in Azerbaijan” adı ilə satılan oyuncaqlar ... - Nazirlik araşdırır » Regionxeberleri.com “Made in Azerbaijan” adı ilə satılan oyuncaqlar ... - Nazirlik araşdırır » Regionxeberleri.com

reklam
» » “Made in Azerbaijan” adı ilə satılan oyuncaqlar ... - Nazirlik araşdırır

reklam

“Made in Azerbaijan” adı ilə satılan oyuncaqlar ... - Nazirlik araşdırır

Oyuncaqlar hər uşağın sevimli əşyasıdır. Onlar vaxtlarını əyləncəli keçirmək üçün oyuncaqlarla oynayır, onlarla dostlaşırlar. Onlar həm də körpələrin zehni inkişaf mənbəyidir. Oyuncaqların keyfiyyəti, materialı çox önəmlidir.

Son günlər isə sosial şəbəkələrdə üzərində “Made in Azeribaijan” yazılan oyuncaqların fotosu yayılıb. Sözügedən oyuncaqlar “Zeynəb” adı ilə istehsal olunur. Onların həqiqətən Azərbaycanda istehsal olunub-olunmaması isə sual altındadır. Çünki Azərbaycanda oyuncaq zavodu yoxdur.

Musavat.com-un əməkdaşı oyuncaq mağazalarına baş çəkib və satılan oyuncaqlarla maraqlanıb.

İlk daxil olduğumuz mağazanın satıcısı bildirdi ki, onlarda ancaq Türkiyə və Çin istehsalı olan oyuncaqlar satılır: “Bizim mağazada satılan oyuncaqlar iki ölkədən gətirilir. Türkiyədən gələn oyuncaqlar daha keyfiyyətli və bahadır. Çin istehsalı olan oyuncaqlar isə ucuzdur. Onlar keyfiyyət baxımından da aşağı səviyyədədir. Biz müştərilərə hər iki məhsulu təqdim edirik və onları məlumatlandırırıq. Artıq seçim valideynlərə qalır. Amma bizdə sizin dediyiniz oyuncaqlardan yoxdur”.

Daxil olduğumuz digər mağazalarda da sözügedən oyuncaqlara rast gəlmədik. Satıcılar bildirdilər ki, onlar qanundan kənar istehsal olunursa, onları ancaq gözdənuzaq mağazalarda tapmaq mümkündür.

Bəs, bu oyuncaqlar harada istehsal olunur? Onlar nə qədər keyfiyyətlidir?

Musavat.com məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında deyib ki, məsələ araşdırılır: “Bununla bağlı əməkdaşlarımıza məlumat vermişəım. Oyuncaqların harada istehsal olunduğunu araşdırırq. Çünki biz də bu barədə məlumatlı deyilik. Araşdırma bitəndən sonra mətbuata geniş açıqlama verəcəyik”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, mənşəyi bəlli olmayan oyuncaqların satışı təhlükəlidir: “Azərbaycanda oyuncaq zavodu yoxdur. Sözügedən oyuncaqların harada istehsal olunduğu bəlli deyil. Valideynlər oyuncaq alarkən ehtiyatlı olmalıdır. Çünki oyuncaqların materialı çox önəmlidir. Keyfiyyətsiz materialdan olan oyuncaqları tanımaq çətin deyil. Onlar solğun rəngdə olur, pis qoxu gəlir. Eyni zamanda keyfiyyətsiz oyuncaqlar bir çox xəstəliklərə səbəb ola bilər. uşaqlarda allergiya yaradar, zəhərlənmə verər. Ona görə də valideynlər mənşəyi bəlli olmayan oyuncaqlar almamalıdır”.
 






 


Paylaş:


Müəllif : Tarix:
23-01-2018, 17:33
  


loading...