reklam
» » Beynəlxalq Bankın post-terminalları yığışdırılır: - Təqaüdçülər çətin durumda

reklam

Beynəlxalq Bankın post-terminalları yığışdırılır: - Təqaüdçülər çətin durumda

Bir müddət öncə nağdsız ödənişlərə keçidlə bağlı müəyyən işlər görüldü və bir çox iaşə obyektlərinə, marketlər şəbəkəsində post-terminallar quraşdırıldı. Ancaq son günlər bu istiqamətdə müəyyən probelmlər ortaya çıxır.

Belə ki, nağdsız ödənişlərin stimullaşdırılması üçün təqaüd kartlarına 100 AZN civarında verilən limitdən istifadədə ciddi problemlər yaranıb. Bu zamana qədər təqaüdlər karta köçürülmədən də post- terminallar vasitəsilə maksimum 100 AZN həcmində alış-veriş etmək mümkün idi. Əməliyyat ancaq Azərbaycan Beynəxalq Bankının kartı ilə yalnız bu bankın öz post-terminalları vasitəsilə aparıla bilərdi.

Cebhe.info-ya daxil olan məlumata görə, artıq Beynəlxalq Bank öz terminallarını marketlərlədən yığışdırır. Daha dəqiq desək, artıq “Araz Market”lər şəbəkəsində Beynəlxalq Bankın terminallarından istifadə mümkün deyil.

Səbəb kimi isə market yetkililəri rəhbərliyin Beynəlxalq Bankın terminallardan istifadəni hələlik müvəqqəti olaraq qadağan etdiyi göstərilir.

Məlumata görə, bu, xüsusilə təqaüdçülərin narazılığına səbəb olur: “Təqaüdçülər gündəlik ehtiyaclarını ödəmək üçün 100 AZN-lik limitdən istifadə edirdilər. Bu limitin istifadəsi isə yalnız Beynəlxalq Bankın terminallarında mümkün idi. İndi terminallar yığışdırılır və problem yaranır”.

Qeyd edək ki, problemin aradan qaldırılması və ya terminalların yenidən istifadəyə verilməsi ilə bağlı konkret zaman göstərilmir.


Paylaş:


Müəllif : Tarix:
13-02-2018, 10:07
  


loading...
Загрузка...