reklam
» » Biləsuvarda abonentlərə edilən qaz fırıldağı - Əsassız cərimələr necə yazılır?

reklam

Biləsuvarda abonentlərə edilən qaz fırıldağı - Əsassız cərimələr necə yazılır?

Biləsuvar rayonu, Mübariz İbrahimov küçəsi ev 276 ünvanında yaşayan vətəndaş Nəzərli Araz tərəfindən Femida.az -a müraciət daxil olub. Vətəndaşın bildirdiyinə görə, təxminən 3 ay əvvəl güclü külək olub və qaz sayğacının üzərindən ekçən elektrik xəttləri qırılıb düşüb. Nəticədə qaz sayğacının işləməsində problem yaranıb. Biləsuvar Qaz İstismar İdarəsinin nəzarətçisi sayğacda problem yarandığını bildikdən sonra abonentin iştirakı ilə sayğacın blombu çıxarılıb və 1 həftədən sonra yeni sayğac quraşdırılıb.

" Yeni sayğac quraşdırıldıqdan sonra normal qaydada ödənişimizi etdik. Heç bir problem də yox idi. Fevral ayının 15-də bizə qaz idarəsindən bildiriş gəldi ki, 402 manat borcunuz var. İdarədən maraqlandıqda bizə bildirdilər ki, sayğaca müdaxilə olduğu üçün cərimə olunmuşuq. Biz sayğaca necə müdaxilə edə bilərik? Sayğacın blombu nəzarətçinin və bizim iştirakımız ilə açılıb.”

Abonentin bildirdiyinə görə sayğacda nasazlıq yaranandan sonra qaz idarəsinin sayğac şöbəsinin müdiri Rafiq Rzayev bildirdi ki, sayğacı siz xarab edibsiz:

"Halbuki sayğacın blomu üstəndəydi. Daha sonra bizə 91 manat ödətdirdilər və yenisi quraşdırıldı. Heç sayğacı da quraşdıranda evin sakinlərindən heç kim olmayıb. Bibim evdəydi, sayğacı ona qol çəkdirib guya təhvil veriblər".

Bütün bunlara rəğmən abonent qanunsuz olaraq cərimə olunub.
Araz Nəzərli məsələni aydınlaşdırmaq üçün Biləsuvar Qaz İstismar İdarəsinə getdiyini və idarənin rəsi İlqar Əliyevin onunla kobud rəftar etdiyini iddia edib:

"İdarə rəsiniə sual verdim ki, bu borc necə yazılıb? Onlardan borcun yazılma səbəbi haqqında sənəd tələb etdim. O isə cavabında bildirdi ki, biz sənə nə sənəd veririk, nə arayış, get hara istəsən şikayət elə, bizdə belədir. Pulu ödəməsən, sabah sizin qazı da kəsdirəcəm".
Biləsuvar rayonuna gəlib baxın, görün hansı sayğacın üzərində qoruyucu qutu var? Qoruyucu qutu olmadığına görə də sayğaca yoldan keçən istənilən adam müdaxilə edə bilər. Yaxud təbbi hadisələr nəticəsində zədə ala bilər. Necə olur ki, ötən ay 58 manat olan qalıq borc 1 ayda 400 manat olur?!”

Vətəndaş məsələnin araşdırılması üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Femida.az məsələ ilə bağlı hüquq müdafiəçisi Ələddin Qarayevlə əlaqə saxlayıb. Onun sözlərinə görə, belə hallarla tez-tez onlara müraciət daxil olur.

"Qаzdаn istifadə qaydalarında qeyd olunur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Abonentin iddiasına görə, onların qaz sayğacına belə bir örtük quraşdırılmayıb.Əslində bu qaz paylayıcısı tərəfindən edilməli idi. Bu məsələdə abonentin heç bir günahı yoxdur.

Qaydalarda qeyd olunur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyır. Bu müstəvidə yenə də abonent haqlıdır. Çünki vətəndaş fiziki şəxsdir.”

Hüquq müdafiəçisi sayğacın dəyişdirilməsi qaydasına da aydınlıq gətirib. Onun sözlərinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısı tərəfindən həyata keçirilir.

  (Abonentin son ay üzrə göstəricisi)

" Zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mövcud duruma uyğun deyə bilərəm ki, bu məsələdə abonent tam haqlıdır. Ona yazılan cərimə isə tam qanunsuzdur. Yazılan cərimədən narazı qalan vətəndaş məhkəməyə müraciət edə və hüquqların bərpasını tələb edə bilər.”, deyə Ələddin Qarayev bildirib.

Hüquq müdafiəçisi həmçinin bildirib ki, sayğacın işləməməsinə görə istehlakçıya bu miqdarda borcun hesablanması və ya sayğacın yenilənməsi üçün pulun tələb edilməsi qanunsuz və əsassızdır.
Femida.az məsələ ilə bağlı Biləsuvar rayon Qaz istismar İdarəsi ilə əlaqə saxlayıb. İdarədən verilən məlumata görə,cəriməni onlar yazmır.

"Bəli, bir neçə ay öncə belə hadisə olub. Vətəndaş müraciət edib və yeni sayğacın ödənişini (91 manat) etdikdən sonra sayğac dəyişilib. Orada hadisə baş verəndə nə FHN, nə də işıq idarəsindən bizə məlumat verilməli idi. "Smart” tipli sayğaclardan başqa heç bir sayğacda qoruyucu qutu yoxdur. Bu da sayğaclara təbii şəkildə ziyan dəyməsinə şərait yaradır. Cəriməni regional idarənin rəyinə əsasən, yazmışıq".

(Abonentin 1 ay öncəki göstəricisi)

Paylaş:

Müəllif : Tarix:
16-02-2018, 15:49
  
loading...
Загрузка...