reklam
» » "Səki də hasara alınıb..." - GİLEY

reklam

"Səki də hasara alınıb..." - GİLEY

Tikinti şirkəti Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində vətəndaşların rahat gediş-gəlişi üçün nəzərdə tutulmuş səkini zəbt edib.

Regionxeberleri.com bildirir ki, bu barədə Axar.az-a müraciət edən Sumqayıt sakinləri bildirib ki, yeni tikilməkdə olan bina yol kənarına qədər uzadılıb. Ərazidə “Rasim 2008” MTK yüksək mərtəbəli yaşayış binası inşa edir. Tikinti işləri artıq başlayıb. Bir müddətdir ki, avtomobil yolunun kənarında sakinlərin gediş-gəlişi üçün nəzərdə tutulmuş səki də hasara alınıb. Bu səbəbən sakinlər avtomobil yolunun kənarı ilə gedib-gəlməli olur. Bu da həm sakinlər üçün, həm də avtomobillər üçün təhlükləli vəziyyət yaradır.

Məsələ ilə bağlı Axar.az açıqlama verən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, vətəndaşların məsələ ilə bağlı hər hansısa şikayəti və problemi varsa, icra hakimiyyəti onu aradan qaldırmağa hazırdır:

“Qeyd olunan ərazidə aparılan tikinti 4-5 il öncə başlanılıb və həmin müddətdə lövhələr quraşdırılıb. Məsələ ilə bağlı ərazidə yaşayan sakinlər şifahi şikayət ediblər və problem araşdırılır.

Əgər sakinləri narahat edən hər hansı bir problem varsa, digər həll olunan problemlər kimi, bu da qısa müddətdə aradan qaldırılacaq”.
 


Paylaş:


Müəllif : Tarix:
21-02-2018, 13:17
  


loading...
Загрузка...