reklam
» » Dövlətdən işsizləri sevindirəcək addım: ailələrə yardım ediləcək

reklam

Dövlətdən işsizləri sevindirəcək addım: ailələrə yardım ediləcək

Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması tədbirləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu günə olan məlumata əsasən, artıq 103 ailəyə fərdi təsərrüfatlarını qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, bu sahədə ilk tədbir cəbhə bölgəsində yerləşən Tərtər rayonunda həyata keçirilib və həmin rayonda 11 aztəminatlı ailə biznes imkanlarına yiyələnmələri üçün mal və materiallarla təmin edilib. Həmçinin Laçın rayonu üzrə 12, Hacıqabul rayonu üzrə 8, Ağcabədi rayonu üzrə 10, Beyləqan rayonu üzrə 14, Xocavənd rayonu üzrə 10, Qəbələ rayonu üzrə 9, İsmayıllı rayonu üzrə 13, Göyçay rayonu üzrə 11, Ağsu rayonu üzrə 5  ailənin özünüməşğulluq fəaliyyətinin təşkili üçün aktivlərlə təminatı həyata keçirilib.
 
Hazırda proqrama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin rayon və şəhərlərində ailələrə fərdi təsərrüfatlarını qurmaları üçün mal və materialların alınıb verilməsi işləri davam etdirilir.

Dövlət başçısının qeyd olunan Sərəncamı əsasında icra olunan  özünüməşğulluq proqramı ailələrin fərdi təsərrüfatlarını, fərdi bizneslərini qurmaqla özünüməşğulluğuna, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Proqramın icrası işləri çərçivəsində  2016-cı ilin 01 aprel tarixinədək Məşğulluq Mərkəzlərində işaxtaran və işsiz kimi qeydiyyatda olan və özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslər arasından proqramda iştirak imkanları olanlar seçilərək  iki aylıq təlim kurslarına cəlb olunublar. Kursları uğurla başa vuranların hazırladıqları biznes-planların qiymətləndirilməsi prosesi keçirilib. Qiymətləndirmədə onlardan 80 faizinin biznes planları uğurlu hesab edilib və ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunmalarına başlanılıb.

Xatırladaq ki, özünüməşğulluq proqramı çərçivəsində təqribən 1500 ailəyə fərdi təsərrüfatlarının yaradılması üçün mal və materiallar verilməsi,  beləliklə, ailə bizneslərinin qurulması yolu ilə onların əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub.


Paylaş:


Müəllif : Tarix:
20-02-2017, 13:33
  


loading...
Загрузка...