reklam
» » Bu reket jurnalistikanın sonu olacaq - Millət vəkilinin təklifi gündəmdə

reklam

Bu reket jurnalistikanın sonu olacaq - Millət vəkilinin təklifi gündəmdə

Azərbaycan Jurnalistlərinin VII-ci qurultayı keçirildi. Qurultayda isə bir neçə təklif səsləndirildi. Millət vəkili Aqil Abbasın səsləndirdiyi təklif isə media sferasında ciddi müzakirələrə səbəb oldu.

Belə ki, millət vəkilinin Mətbuat Şurası tərəfindən bəlli jurnalistlərə "Mətbuat kart"ının verilməsi təklifini səsləndirməsi bəziləri tərəfindən etirazlarla qarşılansa da, bu təklifi dəstəkləyənlər də var.

Bununla bağlı BiG.AZ-a açıqlama verən Bakı Avrasiya Universitetinin Mətbuat və informasiya xidmətinin rəhbəri, “Asiya-fakt”İnformasiya Agentliyinin baş direktoru Şəfayət Avılbəyli Əliyev həmkarının təklifini dəstəklədiyini və bunun reket jurnalistikanın kökünü kəsəcəyini bildirdi:

"Jurnalistlərin VII qurultayında səsləndirilən fikirlər və təkliflər “media” nı nədən narahat edir ki?! Burda jurnalist vəsiqələrinin verilməsi Mətbuat Şurası tərəfindən təsdiq edilməsi və yaxud məhz Mətbuat Şurası tərəfindən verilməsi, məncə narahatçılığa səbəb ola bilməz. Burada şura üzvləri olan qəzet, jurnal, informasiya agentlikləri, o cümlədən xəbər portalları onsuz da nizamnamə daxilində fəaliyyət göstərirlər və şuranın təsisçiləridir. Digər tərəfdən narahatçılıq təbiidir, çünki qapı-qapı düşüb adlarını jurnalist qoyub medianı ləkələyənlər kənarda qalmaqlarından narahatdırlar. Kim özünə, sözünə güvənirsə onun üçün nə problem var ki..? Mən hesab edirəm ki, bu təklif əsl jurnalistika ilə məşğul olanlar üçün müzakirə mövzusu ola bilməz.

Əslində bu məsələ, yəni gündəmə gələn jurnalist vəsiqələrinin Mətbuat Şurası tərəfindən verilməsi yeni təklif deyil. Mətbuat Şurası yarananda bu məsələ aktual idi və bir çox redaksiyalar bu vəsiqələrdən istifadə ediblər. O zaman indi idarə heyətində oturanlardan bəziləri bu prosesin gedişinə zidd mövqe sərgilədilər və proses dayandı. Bunun da subyektiv səbəbləri var idi.

Hesab edirəm ki, bu təklif özünü müəyyən mənada doğruldacaq və reket jurnalistikanın getdikcə sıradan çıxmasına səbəb olacaq.

Qurultayda artıq 7-ci dəfədir ki, iştirak edirəm. Heç bir iddiada da olmamışam. Bəzən oturub kənardan izləmək daha maraqlıdır. Qurultaya bəziləri iddiaları üçün, bəziləri şəkil çəkdirmək üçün gəlirlər.

Müxtəlif təkliflər də oldu. Məsələn dostumuz Ceyhun Musaoğlu özünü şuranın idarə heyətində görmək istədiyini söylədi. Niyə də olmamalıdır?! Mən şəxsən bunu alqışlayardım, enerjili, mediada kifayət qədər nüfuz sahibidir, bu gündə vacib sahələrdən birində medianı təmsil edir. Heç olmasa 1 nəfər mətbuat katiblərindən birinə yer verilməli idi. Çünki medianın əksəriyyəti məlumatı mətbuat katiblərindən alırlar. Məncə gələcəkdə bu məsələ öz həllini tapacaq. Mən özüm mətbuat katibi işlədiyim üçün demirəm, sadəcə bu jurnalistlər üçün də məqbul olardı.

Əlbəttə həmişəki kimi qurultayda yenə qürurverici anlar yaşandı. Bu dəfə mediamıza dəstəyini əsirgəməyən hörmətli Əli Həsənovun çıxışı sözün əsl mənasında gündəmə nöqtə qoydu. Yəqin ki, mətbuatdan bu çıxışla bağlı məlumatınız var. Bütövlükdə qurultayda səsləndirilən və mediamızın inkişafına yönəlik bir çox məsələlərlə bağlı aparılan müzakirələrin yanındayıq.".


Paylaş:


Müəllif : Tarix:
12-03-2018, 16:38
  


loading...
Загрузка...