X
Qarabağ əlilləri və şəhid ailələri üçün mənzillər alınacaq - 10 milyon manat ayrıldı » Regionxeberleri.com Qarabağ əlilləri və şəhid ailələri üçün mənzillər alınacaq - 10 milyon manat ayrıldı » Regionxeberleri.com

reklam
» » Qarabağ əlilləri və şəhid ailələri üçün mənzillər alınacaq - 10 milyon manat ayrıldı

reklam

Qarabağ əlilləri və şəhid ailələri üçün mənzillər alınacaq - 10 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Paylaş:


Müəllif : Tarix:
13-03-2018, 18:52
  


loading...