reklam
» » Sumqayıt şəhər Oftalmoloji Xəstəxanasında görünməmiş rəzillik - həkim baş həkimi ifşa etdi

reklam

Sumqayıt şəhər Oftalmoloji Xəstəxanasında görünməmiş rəzillik - həkim baş həkimi ifşa etdi

Sumqayıt şəhər sakini, Sumqayıt şəhər Oftalmoloji Xəstəxananın həkimi Arzu Eyvazova Azerbaycaninfo.az-n redaksiyasına şikayət məktubu ünvanlayıb. Şikayətçi yazıb ki, o, 2012-ci ilin setyabr ayından Sumqayıt şəhər Oftallmoloji Xəstəxanada ixtisası üzrə həkim işləyir. 0,5 ştat vahidi ilə xəstəxananın qəbul şöbəsində, 0,25 vahid isə stasionar şöbədə həkim vəzifəsini tutub. Onun yazdığına görə, həmin ilin noyabr ayında qəbul şöbəsinin həkim ştat vahidində 0,5 ştat vahidi boşaldıldı: «Səhiyyə nazirinin müvafiq əmrinə görə mənim qəbul şöbəsindəki ştat vahidim 1 ştat vahidi olmalı idi. Çünki əmrdə nəzərdə tutulmuşdu ki, 1 ştat vahidindən az olan həkimlər tədricən tutduğu vəzifəyə aid ştatlar boşalarsa onların ştat vahidi 1 ştat vahidinə çatdırılsın. Ancaq xəstəxananın baş həkimi İradə Əliyeva 0,5 ştat vahidini qeyri-əsassız olaraq xəstəxananın anestezeloquna verib. İradə Əliyeva işlədiyim müddətdə qəbul şöbəsinin həkimi kimi vəzifəmi icra etməyə imkan verməyib. Tibbi personaldan yalnız mən bazar və bayram günləri xəstəxanada gündüz və gecə növbələrinə çıxıram. Mən dəfələrlə buna etiraz etmişəm və bildirmişəm ki, şəxsi razılığım olmadan bazar və bayrm günləri növbəyə çıxarılmağım qanunsuzluqdur. Ancaq baş həkim iradlarıma məhəl qomayıb. Bununla bağlı Sumqayıt şəhər Səhiyə Şöbəsinin mdirinə və müvafiq qurumlara şikayət etdyim üçün baş həkim məni kollektivdə nüfuzdan salır, işçilərlə aramda ziddiyyətlər yaradır, müxtəlif bəhanələrlə məni qeyri-qanuni şəkildə cəzalandırır. Növbəti gecə növbələrin birində xəstəxanada stasionar qeydiyyatda olan xəstələrin 62 faizi xəstəxanada olmadığı üçün aidiyyəti qaydada stesanal tibb kartlarına qeydiyyatlar edərək, Sumqayıt şəhər Səhiyyə Şöbəsinə məlumat yazdığım üçün və noyabr ayında gecə növbəsinə gələrkən 8.45-də yəni vaxtından 15 dəqiqə tez növbəni qəbul edib xəstələri yoxladığım üçün baş həkim mənə ikinci töhməti verib. Bununla da işəgötürənlə işçinin əmək funksiyaları pozulub. Noyabr ayından bu günədək həmin əmrlərin və digər sənədlərin surətləri nə mənə, nə də hüquqşnasımın sorğusuna əsasən ona verilməyib. Bununla da Azərbaycan Respblikasının Əmək Məcəlləsinin 189-cu maddəsinin 3-cü hissəsinin tələbinə görə işçi intizam tənbehi əmri ilə tanış edilməli və onun tələbi ilə əmrin surəti ona verilməlidir».
Şikayətçi Azerbaycaninfo.az-a bildirir ki, gecə növbəsində olarkən 32 xəstədən 20-sinin xəstəxanada olmaması ilə bağlı Səhiyyə və Maliyyə Nazirliklərinə etdiyi mraciətlərdən sonra Sumqayıt şəhər Səhiyyə Şöbəsindən Bərxudar həkim və Xalidə xanım faktı aydınlaşdırmaq əvəzinə şikayətçini kollektvlə üz-üzə qoymaq üçün birbaşa kollektivin ümumi yığıncağını çağırıblar. Onlar şikayətçiyə təzyiq göstərmək məqsədilə İradə Əliyevanın yaxşı tibb işçisi olduğunu və onu «Əməkdar həkim» fəxri adı alması ilə bağlı təbrik edərək uğurlar dilədi: «Xəstələrin yerində olmaması kimi qanunsuzluq və özbaşınalıq faktı bir kənara qoyularaq mənim etdiyim qeydlər müzakirə mövzusuna çevrilmişdi. Sumqayıt şəhər Maliyyə İdarəsinin əməkdaşı Oqtay müəllim xəstələrin olmaması ilə bağlı faktları araşdırmaq əvəzinə mənim haqsızlığıma qərar verdi və 20 xəstənin ərzağını primitiv olaraq hər xəstəyə bir manatdan hesablayaraq baş həkimin 20 manat cərimələnə biləcəyini dedi. Sumqayıt şəhər Maliyyə İdarəsinin və Maliyyə Nazirliyinin Regional Maliyyə İdarəsnini əməkdaşları tərəfindən faktların araşdırılması zamanı ciddi maliyyə və idarəetmə nöqsanlar aşkara çıxarılsa da, tədbir görülməsi üçün heç bir sənədləşmə işləri aparılmamış, əvəzində qeyri-obyektiv arayışlar yazılıb. Son nəticədə isə baş həkim mənə qanunsuz olaraq töhmət verib».
Arzu Eyvazova yazıb ki, vaxtilə müvafiq dövlət qurumları tərəfindən aparılmış yoxlamanın nəticəsində yol verdiyi nöqsanlara və qanunsuzluqlara görə işdən azad edilən İradə Əliyeva bir neçə gündən sonra baş həkim vəzifəsinə bərpa olunub. Bir neçə aydan sonra isə ona «Əməkdar həkim» fəxri adı verilib: «Son bir neçə ildir ki, xəstəxanamızın qəbul şöbəsində 0.5 şatat vahidi ilə həkim kimi çalışıram. Sonradan məlum oldu ki, qəbul şöbəsində ştat vahidi var. İradə Əliyeva 0.5 ştat vahidini öz üzərinə yazaraq illərlə bu ştatla da çalışıb. Ancaq mən bununla bağlı şikayət etdikdən sonra İradə Əliyeva 0,5 şatat vahidini öz üzərindən çıxararaq anestezoloq Sahilə Qocayevaya verib. Ancaq qəbul şöbəsini özünə kabinet edərək xəstəxanaya mraciət edən xəstələri şəxsən özü qəbul edir. Mənim öz ştat vahidimi icra etməyimə müvəqqəti icazə verilsə də, sonradan buna yasaq qoyulub. 2 ildən çoxdur ki baş həkim Əmək Məcəlləsinin 164.2, 54-cü maddələrini pozaraq məni qeyri-qanuni olaraq hər növbədə 12 saat işlədir və bu da mənim artıq iş saatı işləməyimə və mək qanunlarının pozulmasına gətirib çıxarır. Eyni zamanda mənim razılığım olmadan ştat vahidimə hansısa şöbədən 0,25 vahid əlavə edərək 0,75-ə çatdırıb və mənim iştirakım və xəbərim olmadan aktlar tərtib edib. Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə btün tibb müəssisələridə çalışan həkimlərin hər birinin ştat vahidi 1-ə çatdıqdan sonra baş həkimlər tutduqları vəzifədən əlavə stasionar olaraq işlyə bilərlər. Yəni İradə Əliyeva baş həkim ola-ola qəbul həkimi işləyə bilməz. Ona görə də qəbul şöbəsində bütün 1 ştat vahidi mənə verilməlidir. Ancaq İradə Əliyeva dolayı yollarla xəstəxananın qəbul şöbəsində olan 1 ştat vahidi qəbul həkimini ixtisara salaraq mənim razılığım olmadan stasionar şöbəyə keçirib. Həmin şöbədə isə ümumiyyətlə xəstə olmur. Xəstəxanın qəbul şöbəsində həkim ştat vahid olmadığı halda həmin şöbədə bir neçə texniki işçi və tibb bacısı ştatı mövcuddur. İradə Əliyeva əmək qanunvericiliyinin tələblərini pozmaqla xəstəxanada özbaşına struktur dəyişikliyi edib. Xəstəxanada tibbi personalın sayı xəstələrin sayından çoxdur.Hazırda İradə Əliyeva xəstələri əvvəlki formada qəbul edir».
Şikayətçi yazır ki, nomal su təchizatı olmayan xəstəxanada sanitar-gigiyenik qaydalara əməl olunmur. Xəstəxanada müasir aparatlar, alət və avadanlıqlar yoxdur, olanların isə istifadəsinə normal şərait yaradılmır. Xəstələr gecələr xəstəxanada qalmasa da, onlara nəzərdə ttulmuş xidmət və təchizatlar həyata keçirilir, yəni yemək, dərman, xəstəlik vərəqi və sair xərclər hesablanır: «İradə Əliyeva işə hər gün vaxtından gec, yəni 10.30-dan tez olmayaraq gəlir. Həkimlərə vəzifə funksiyaları rəsmən verilmir və həkimlərin vəzifə səlahiyyətləriin icra edilməsinə qadağa qoyulur. Baş həkimin xəstələrinin guya özü tərəfindən əməliyyat edilməsi və saxta xəstəlik vərəqələrinin doldurulması başqaları tərəfindən həyata keçirilməyə məcbur edilir. Belə regional xəstəxanada indiyə kimi yalnız bir cərrah fəaliyyət göstərir. Baş həkim başqalarının hazırlanmasına, yaxşı həkimlərin formalaşmasına nəinki şərait yaratmır, hətta bütün gücü ilə onların qarşısını alır».
Arzu Eyvazova redaksiyamızdan xahiş edib ki, onun qanuna uyğun olaraq qəbul həkimi kimi 1 ştat vahidi ilə təmin edilməyinə, tutduğu vəzifəni təlimata uyğun icra etməyinə, pozulmuş hüquqlarının bərpa olunmasına və baş həkimin şikayətçiyə qarşı tutduğu qərəzli mbvqedən əl çəkməsinə köməklik edək. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Araşdırmalar davam edir, ardı var)


Paylaş:


Müəllif : Tarix:
22-02-2017, 17:23
  


loading...
Загрузка...