reklam
» » Vəzifəsində təsdiqlənməyəcək... - Həbsi belə gözlənilir

reklam

Vəzifəsində təsdiqlənməyəcək... - Həbsi belə gözlənilir

"Nazirlər Kabinetinin buraxılmasının ardından bir sıra dəyişikliklər baş verəcək ki, onlardan biri də Samir Şərifovun Maliyyə Naziri kimi öz oistunda yenidən təsdiqlənməməsidir". Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlardan məlumat verilib.

Xəbəri verən mənbə iddia edir ki, Samir Şərifovla yanaşı daha bir neçə fiqur da görəvdən alınacaq: "Onlardan bəziləri hazırda vəziyyəti düzəltməyə çalışır. Məsələn, səhiyyə naziri Oqtay Şirəliyev. Amma Samir Şərifov mütləq yola salınacaq. Çünki onun qələmi çoxdan qırılıb. Hətta ola bilsin ki, o da digər bəzi maliyyə bossları kimi həbs də olunsun".

Mənbə xatırladır ki, son zamanlar maliyyə bazarında baş verən bir sıra neqativlər də Samir Şərifovun gözlənilən aqibətə müqaviməti kimi yozulduğundan onunla bağlı sərt qərarların veriləcəyi şübhəsizdir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Hörmətli Samir müəllimi də dinləməyə hazırıq. Özünün bizdə olan əlaqə nömrəsinə isə nə zamandır zəng çatmır.


Paylaş:


Müəllif : Tarix:
13-04-2018, 16:33
  


loading...
Загрузка...