X
"Kimə müraciət ediriksə, məhəl qoyan yoxdur" - GİLEY » Regionxeberleri.com "Kimə müraciət ediriksə, məhəl qoyan yoxdur" - GİLEY » Regionxeberleri.com

reklam
» » "Kimə müraciət ediriksə, məhəl qoyan yoxdur" - GİLEY

reklam

"Kimə müraciət ediriksə, məhəl qoyan yoxdur" - GİLEY

Salyanda fermer Telman Qasımov ötən ilin yayından pambıq tarlasında çalışdırdığı 40-a yaxın qadın işçinin pulunu vermir.

Bu barədə Telman Qasımovun pambıq sahəsində işlətdiyi qadınlar məlumat verib.

Şikayətçilər bildirir ki, fermer yay boyu tarlasında çalışdırdığı, alaq və pambıq yığımı işlərini görən işçi qadınları qapısında süründürür. Sakinlər bələdiyyə və icra orqanlarına da bu barədə müraciət ediblər, lakin heç bir nəticəsi olmayıb:

"Yayın istisində gecə-gündüz çalışmışıq, alaq etmişik, məhsul yetişdikdən sonra pambığı yığıb təhvil vermişik. Amma 1 ilə yaxındır ki, pulumuzu ala bilmirik. Çarəsiz qalmışıq, nə edəcəyimizi bilmirik. Kimə müraciət ediriksə, məhəl qoyan yoxdur. Telman Qasımov yaydan bəri pulumuzu vermir. Dünən bələdiyyəyə də şikayətə getdik. Deyir ki, mən nə edə bilərəm?! Kimə şikayət edə bilirsinizsə edin, pulunuzu alın. Telefonlarımıza cavab vermir, zənglərimizi açmır. İcra nümayəndəliyinə də müraciət etmişik. Onlar da, "tapşırarıq verər" deyirlər, amma ortalıqda heç bir şey yoxdur. Əlacsız qalmışıq. Daha tanış-bilişdən də borc almağa utanırıq. Dükanlara, mağazalara o qədər borcumuz var ki, çatdırıb verə bilmirik. Halal zəhmətimizin haqqını tələb edirik".

Məsələ ilə bağlı fermerlə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı.(qaynarinfo.az)


Paylaş:


Müəllif : Tarix:
16-04-2018, 09:59
  


loading...