X
"Kristal Abşeron" vətəndaşın evini vermir: - Əsassız tələb, rüşvət... » Regionxeberleri.com "Kristal Abşeron" vətəndaşın evini vermir: - Əsassız tələb, rüşvət... » Regionxeberleri.com

reklam
» » "Kristal Abşeron" vətəndaşın evini vermir: - Əsassız tələb, rüşvət...

reklam

"Kristal Abşeron" vətəndaşın evini vermir: - Əsassız tələb, rüşvət...

“Kristal Abşeron” ətrafında söz-söhbət səngimək bilmir.

Regionxeberleri.com Yenicag.az - a istinadən xəbər verir ki, 2016-cı ildə Babayeva Kürsüm Fəxrəddin qızı ev almaq üçün sözügedən şirkətə üz tutub.

İlkin ödənişsiz əsaslarla müqavilə imzalayan vətəndaş, bəribaşdan 15 ayın krediti olan 9679,50 manatı Beynəlxalq Banka köçürüb.

Müqavilə şərtlərinə əsasən ev Kürsüm Babayevaya 2017-ci ilin mayında təhvil verilməli idi. Həmin vaxt “Kristal Abşeron”un baş ofisinə yaxınlaşan vətəndaş maraqlı situasiya ilə qarşılaşıb.

Ona evin təhvil verilməsi üçün həyat yoldaşının da iştirakının mütləq olduğu bildirilib. Ərindən ayrılan qadın indiki durumda keçmiş həyat yoldaşının iştirakının mümkün olmadığını söyləyib. Belə olan halda isə ev vətəndaşa verilməyib. Daha sonra evin Babayevanın yaxınlarının adına keçirilməsi üçün şirkətdən Günay adlı xanım zəng edib. Bunun üçün o, 5000 manata yaxın pulun tələb olunduğunu bildirib. Kürsüm xanım da bunu rüşvət bilərək, şirkətə inanmadığından onların bu təklifindən imtina edib.

Təhvil-təslimdə qadının ərinin iştirakı nə qədər qanunla vacibdir? Bu suala aydınlıq gətirmək üçün hüquqşunas İlqar Musayevlə əlaqə saxladıq. O isə saytımıza açıqlamasında bu tələbin heç bir qanuni əsası olmadığını deyib:

“Ev təhvil verilməsində qadının ərinin razılığına nə ehtiyac var ki? Bunun heç bir hüquqi əsası yoxdur. Əgər vətəndaş evi satmaq, girov qoymaq, sərəncam vermək istəsə, o zaman ərinin razılığına ehtiyac var. Çünki qadın ərindən rəsmi ayrılmadığı üçün ev birgə nikah dövründə alınmış hesab edilir”.

Kürsüm Babayeva ev alarkən “Kristal Abşeron”un satış müdiri Elmir Vəliyevlə danışıb. Bu səbəbdən şirkət rəsmisinin də mövqeyini öyrəndik. Hüquqşunasa ünvanlandığımız sualın eynisinin cavabını Vəliyevdən soruşduq:

“Gəlib bünövrədən ev alırsınız. Bünövrədən MTK-nın zaminliyi ilə bank kredit açıb. Bünövrədən olan ev necə girovda ola bilər? Nə bilirsiz ki, o qadın banka pul köçürüb? Kürsüm Babayeva banka qara qəpik də ödəməyib. Ödəyibsə də, o pulu banka ödəyib. Mən isə ilkin ödənişsiz ev vermişəm. Evi təhvil almaq üçün yoldaşının özünün iştirakı və yaxud da etibarnamə göndərməsi lazımdır”.

Emin Səfərov

P.S. Məsələni diqqətdə saxlayacağıq.



 


Paylaş:


Müəllif : Tarix:
16-04-2018, 16:23
  


loading...