reklam
» » Prezidentin təhsil naziri təyin etdiyi Ceyhun Bayramov kimdir?

reklam

Prezidentin təhsil naziri təyin etdiyi Ceyhun Bayramov kimdir?

  eyhun Bayramov yeni Təhsil naziri təyin edilib.

Regionxeberleri.com bildirir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən axar.az-a bildirilib.

Qeyd edək ki, Ceyhun Əzizoğlu Bayramov 1973-cü ildə Bakıda anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Azərbaycan Dövlət İqtisad İnstitutuna fərqlənmə diplomu ilə bitirib.

Azərbaycan Universitetində hüquqşünas ixtisasına da yiyələnib.

O, 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə OMNİ hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.

2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.

Evlidir, 2 övladı var.


Paylaş:


Müəllif : Tarix:
23-04-2018, 16:54
  


loading...
Загрузка...