X
“Amrah Bank” ın zərəri günü-gündən artır: - Bankın taleyi necə olacaq? » Regionxeberleri.com “Amrah Bank” ın zərəri günü-gündən artır: - Bankın taleyi necə olacaq? » Regionxeberleri.com

reklam
» » “Amrah Bank” ın zərəri günü-gündən artır: - Bankın taleyi necə olacaq?

reklam

“Amrah Bank” ın zərəri günü-gündən artır: - Bankın taleyi necə olacaq?

"Amrah Bank” ASC bu ilin I rübünü 5,384 milyon manat zərərlə başa vurub.

Regionxeberleri.com bildirir ki, AZXEBER.COM Bankın hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.

3 ay ərzində "Amrah Bank”ın faiz gəlirləri 2,124 milyon manat, faiz xərcləri 2,868 milyon manat, qeyri-faiz gəlirləri 1,463 milyon manat, qeyri-faiz xərcləri 3,459 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 2,645 milyon manat təşkil edib.

Bu il aprelin 1-nə "Amrah Bank”ın aktivləri 198,326 milyon manat olub ki, bu da illik müqayisədə 18,1% azdır. Bunun 89,55 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 20,4% kiçilib.

Hesabat dövründə "Amrah Bank”ın öhdəlikləri 14,6% azalaraq 161,216 milyon manata düşüb. Bunun 142,253 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 13,2% böyüyüb.

İl ərzində "Amrah Bank”ın balans kapitalı isə 30,6% azalaraq 37,111 milyon manat təşkil edib.
 


Paylaş:


Müəllif : Tarix:
24-04-2018, 16:23
  


loading...