reklam
» » "Uşağı oksigenə bağlamaq lazım olub, ancaq bağlamayıblar" - 1 gündə 2 körpənin öldüyü xəstəxanadan GİLEY

reklam

"Uşağı oksigenə bağlamaq lazım olub, ancaq bağlamayıblar" - 1 gündə 2 körpənin öldüyü xəstəxanadan GİLEY

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində doğuşdan sonra ölən körpənin valideynləri xəstəxananı və tibb personalını günahlandırır.

Baş vermiş hadisə ilə əlaqədar Axar.az-a danışan körpənin atası Hikmət Əhmədov bildirib ki, uşaq təbii doğuşla gecə saat 3 radələrində sağlam şəkildə dünyaya gəlib. Uşağın ağlamaq səslərini ana da eşidib:

“Uşağı doğuşdan sonra yoldaşıma da veriblər. Normal, sağlam uşaq olub. Daha sonra körpəni kuvezə qoyublar. Uşağı oksigenə bağlamaq lazım olub, ancaq bağlamayıblar. Saat 6-da uşağın öldüyünü bildiriblər mənə. Halbuki doğuşdan sonra dəfələrlə uşağın necə olduğunu soruşmuşdum. Bir cavab vermirdilər”.

Ölən körpənin valideyni bildirib ki, həkimlərdən biri ona uşağın elə ölü doğulduğunu, digər həkim isə uşağın doğuşdan bir neçə saat sonra öldüyünü bildirib:

“Həkim əvvəlcə bildirdi ki, uşaq ölü doğulub. Dediyinə görə, guya bağırsağı boğazına dolaşıb və ölüb. Ancaq yoldaşım deyir ki, uşaq doğulanda yaxşı idi. Səsi də gəlib. Ölü doğulan uşaqdan səs çıxar?

Doğuşda iştirak edən həkim isə bildirdi ki, uşaq sağlam doğulub. Doğuşda da heç bir problem olmayıb. Lakin sonradan körpələrin yerləşdirildiyi otaqda onun öldüyünü görüb. Əgər həkimlərin hərəsi bir açıqlama verirsə, deməli, yalan danışırlar, nəyisə gizlədirlər. Bu o deməkdir ki, uşaqlar onların məsuliyyətsizliyi üzündən ölüb”.

H.Əhmədov bildirib ki, bir xəstəxanada eyni gündə iki körpə yarım saat ara ilə ölürsə, deməli, nəzarət yoxdur, məsulyyətsizlik edilib.

Qeyd edək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində 2 körpə doğuşdan sonra ölüb. Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlu səhər saatlarında keçinib. Həmin saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saatdan sonra ölüb.

Körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Uşaqların valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Körpələrin meyitləri Sabirabad Məhkəmə Tibbi Ekspertiza Və Patoloji Anatomiya Mərkəzinə aparılıb.


Paylaş:


Müəllif : Tarix:
15-05-2018, 14:09
  


loading...
Загрузка...