reklam
» » Səlim Müslümovun adamı işçi haqqını yeyib - GİLEY

reklam

Səlim Müslümovun adamı işçi haqqını yeyib - GİLEY

Dövlət Sosial Müdafiəsi Fondunun Təmir-Tikinti İdarəsinin rəisi, keçmiş nazir Səlim Müslümovun qrup yoldaşı Natiq Əzizovla bağlı AzFakt.com saytına şikayət məktubu daxil olub. Beyləqan rayon sakini, hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin xətti ilə Beyləqan şəhərində şəhid ailələri və əlillər üçün tikilən binanın qarovulçusu vəzifəsini daşıyan Nadir Xəlilov Natiq Əzizovdan şikayətçidir. Saytımıza müraciət edən Nadir Xəlilov bildirir ki, Beyləqan şəhərində şəhid ailələri və əlillər üçün binanın tikintisi zamanı işlədiyi 4 (dörd) ayın əmək haqqısını uzun müddətdir Natiq Əzizovdan ala bilmir.

Nadir Xəlilov saytımıza yazır ki, Beyləqanda yaşayış binasının tikintisinə həmin vaxtı nəzarəti Natiq Əzizovun bacanağı Telman Əfəndiyev həyata keçirirdi.

"Mən tikinti başlayan ilk günlərdən işləməyə başlamışam. İşlədiyim ilk aylarda əmək haqqımı alsam da son 4 (dörd) ayda həm fəhlə, həm də gecə qarovulçusu kimi işləmişəm və mənə çatası olan 1600 (min altı yüz) halal pulumu Natiq Əzizovdan ala bilmədim. Bir neçə dəfə pulumu almaq üçün Bakı şəhərinə Natiq Əzizovun yanına gəlsəm də sonuncu dəfə mənə xəbərdarlıq elədi ki, bir daha yanıma gəlmə və o pulu unut yoxsa səni basdıraram içəri. Nadir Xəlilov qeyd edir ki, Natiq Əzizov bir neçə ay məni qarovulçuluqdan uzaqlaşdıraraq, ancaq fəhlə kimi çalışmama göstəriş vermişdi. Bunu səbəbi isə Natiq Əzizovun bacanağı Telman Əfəndiyevlə birlikdə şəhid ailələri və əlillər üçün tikilən binanın mal-matreallarını satmaları idi. Mal matrealın satılması işini baş mühəndis Telman Əfəndiyev həyata keçirsə də, əsas pul Natiq Əzizova çatırdı. Məhz mənim onların material satdıqlarını görməməyim üçün bir neçə aylıq qarovulçuluqdan uzaqlaşdırıldım".

Şikayətçimiz bildirir ki, hətta bir dəfə Natiq Əzizovun bacanağı Telman Əfəndiyev ondan gizlin tikintidən bir maşın material çıxardıb satmağa apararkən idarə rəisinə yaxalanıb. Bundan sonra Natiq Əzizov mal-matreallara nəzarət etmək üçün Qax rayonundan başqa bir qohumunu gətirib..

Nadir Xəlilov saytımız vasitəsi ilə yeni təyin edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edərək Natiq Əzizovdan halal pulunun alınıb ona qaytarılmasını xahiş edir.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Təmir-Tikinti İdarəsinin rəisi Natiq Əzizov Qax rayonundandır və keçmiş nazir Səlim Müslümovun qrup yoldaşı olub. Nazirlikdən saytımıza verilən məlumata görə Natiq Əzizov Səlim Müslümova arxalanaraq Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Zakir Babayevlə əlbir olaraq rayonlarda tikilən şəhid ailələri və əlillər üçün tikilən yaşayış binalarının tikintisi zaman ciddi şəkildə maliyyə yeyintilərinə yol verib.

Məlumatda bildirilir ki, Natiq Əzizov həyata keçirilən tikinti işlərində mal-matreallarla bərabər tikintidə çalışan işçilərin əmək haqqlarını belə 8-10 dəfə şişirdib. Səlim Müslümovun himayəsi altında Zakir Babayevlə bərabər dövlət büdcəsindən on milyonlarla manat vəsaitləri mənimsəyən Natiq Əzizovun Qax rayonunda istirahət kompleksi, Bakı şəhərində 10 - dan çox mənzili, Bilgəhdə dəbdəbəli bağ evi, həmçinin paytaxt Bakıda bir neçə böyük obyektinin olduğu deyilir.

Mövzuya qayıdacağıq.


Paylaş:


Müəllif : Tarix:
16-05-2018, 09:05
  


loading...