reklam
» » Mingəçevirdə özünü 4-cü mərtəbədən ataraq intihara cəhd edən qadın dünyasını dəyişib

reklam

Mingəçevirdə özünü 4-cü mərtəbədən ataraq intihara cəhd edən qadın dünyasını dəyişib

Mingəçevirdə özünü 4-cü mərtəbədən ataraq intihara cəhd edən qadın dünyasını dəyişib.

"Report"un Şirvan bürosu xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, mayın 15-də axşam saatlarında özünü yaşadığı binanın dördüncü mərtəbəsindən ataraq intihara cəhd edən 1979-cu il təvəllüdlü Nigar Koroğlu qızı Haxverdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan N. Haxverdiyeva az sonra ölüb.

Qeyd edək ki, hadisə şəhərin Ş.İ.Xətai küçəsində baş verib. İlkin məlumata görə, bir uşaq anası olan N.Haxverdiyeva anası ilə mübahisə etdikdən sonra intihara cəhd edərək, özünü dördüncü mərtəbədən atıb.

Faktla bağlı araşdırma aparılır.

***Dünən 23:50

Mingəçevirdə intihara cəhd hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında, şəhərin Ş.İ.Xətai küçəsi 7 ünvanında baş verib.

Belə ki, şəxsiyyəti hələ dəqiqləşdirilməyən şəhər sakini özünü yaşadığı binanın dördüncü mərtəbəsindən ataraq intihara cəhd edib. Nəticədə o, ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, bir övladı olan qadın anası ilə mübahisə edib və bundan sonra intihar etmək qərarına gəlib.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
16-05-2018, 09:08
  


loading...
Загрузка...