Şəki rayon məhkəməsində "şirinlik" qaydası... - İDDİA » Regionxeberleri.com Şəki rayon məhkəməsində "şirinlik" qaydası... - İDDİA » Regionxeberleri.com

reklam
» » Şəki rayon məhkəməsində "şirinlik" qaydası... - İDDİA

reklam

Şəki rayon məhkəməsində "şirinlik" qaydası... - İDDİA

2001-ci ildə ev almaq məqsədi ilə bir nəfərə 500 dollar verib. Lakin alqı-satqını rəsmiləşdirmək mümkün olmayıb. Bundan sonra düz 17 ildir ki məhkəmələrdə sürünür, 4 dəfə məhkəmə olub, amma verdiyi pulu geri ala bilmir ki, bilmir. Çünki Azərbaycanda məhkəmə iddiasının təmin olunması üçün hakimə pul vermək lazımdır, pul verməsən, heç bir "özünə hörmət edən" hakim sənin iddianı təmin etməz...

1-2 ay əvvəl isə Şəki rayon məhkəməsinə yenidən müraciət edib. Hazırlıq iclasında hakim Elçin Mehdiyev cavabdehdən soruşub ki, bu kişidən 500 dollar almısanmı? Cavabdeh deyib bəli. Soruşub niyə qaytarmırsan? Cavabdeh deyib imkanım yoxdur. İclasdan sonra hakimin köməkçisi ona yaxınlaşıb deyib ki, 500 dollarını geri alsan hakimə nə qədər verəcəksən? Telefon nömrəsini də verib ki görüşək bu məsələni həll edək. Amma o, deyilən vaxtda zəng etmir...

17 may tarixdə 15.30-da 5 dəqiqəlik məhkəmə olub. Hakim gedib müşavirə otağına 1 dəqiqədən sonra qayıdıb qərarını elan etdi ki, pulumu geri almaq barədə iddiası təmin olunmasın.

Eldar Zakirov əlavə edir - harada görünüb ki, belə hallarda verilən pul geri qaytarılmır? Hansı hüquqi-nöqteyi nəzərdən? Bəlkə hakim Elçin Mehdiyev məni xeyriyyəçi hesab edib? Aydındır ki məndən "şirinlik" ala bilməyəcəyini görən hakim cavabdehdən azı 100-200 manat alıb, onun xeyrinə qərər çıxarıb.
Şəkildə Şəki rayon məhkəməsi hakimi Elçin Mehdiyev. Bu hakim 2 il əvvəl məhkəmə prosedur qaydalarına zidd olaraq Şəkidə fəaliyyət göstərməyən Legion.az və Qafqaznews.az saytlarına qarşı iddianı icraata götürmüşdür. Bu açıq-aşkar qanun pozuntusu idi. Bəs qanunu pozmaqda Elçin Mehdiyevin marağı nə olub? 100-200 manat - cənab Məntiq yalnız bunu deyir.

Biz Şəki rayon məhkəməsi hakimi Elçin Mehdiyevin köməkçisi ilə telefon əlaqəsi saxlayıb qərardan əvvəl onun iddiaçı Eldar Zakirov ilə sövdələşməyə cəhd etdiyini vurğuladıq. Heç bir etirazı olmadı, təkzib etməyə çalışmadı. Onda məsələni ictimailəşdirəciyimizi bildirdik. Əlavə etdik ki hakimin qərarının heç bir hüquqi əsası ola bilməzdi, ən azından iddianı qismən təmin etməli idi. Yəni iddiaçının 500 dollarının geri qaytarılmasına qərar verməli idi. Görünür ki, Elçin Mehdiyev cavabdehdən 100-200 alıb və iddianı təmin etməyəcəyinə boyun olubmuş.

Onu da əlavə edək ki, "Elektron məhkəmə sistemi"ndə bu məhkəmə haqqqında heç bir məlumat yerləşdirilməyib. Eldar Bəlyar oğlu Zakirovun iddia ərizəsi isə aşağıdakı məzmunda olub:



Şəki Rayon Məhkəməsinin sədri
Ceyhun Əhmədov cənablarına
İddiaçı:
Zakirov Eldar Bəlyar oğlu
(Şəki şəhəri, Çexov küçəsi, ev 63 )
Cavabdeh:
Gülməmmədova Sevdayə İsmayıl qızı
(Şəki şəhəri, Ba]banlar küçəsi, ev 59V )

Ev almaq üçün ödədiyim pulun bugünki bazar qiymətlərinə uyğun şəkildə geri qaytarılması üçün
İDDİA ƏRİZƏSİ

2001-ci ildə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 255 saylı ev mərhum Gülməmmədov Niymət Abuzər oğlunun xüsusi mülkiyyətində idi. Evin 2 sot həyəti və 12 kv m yaşayış sahəsi vardı. 2001-ci ildə mərhum həmin evi mənə satmaq istəyib. Mən həmin evi 1-ci qrup əlil olan oğlum Məmmədzadə Rahim üçün almaq istədim. Həmin evdə qeydiyyatda olan bütün şəxslər də evin bizə satılmasına notarial qaydada razılıq verdilər, evin sənədlərini də bizə verdilər. Oğlum Məmmədzadə Rahim Eldar oğlu həmin evə pasport qeydiyyatına düşdü. Əvəzində isə mən onlara 500 dollar ödədim. Evə görə 500 dollar ödəməyim 2002-ci il məhkəmə qətnaməsində (İş № 2-330) göstərilir.

Lakin o vaxt alqı-satqını notarial qaydada təsdiqlətmək mümkün olmamışdır. Belə ki Notariat Konturu evini satan Gülməmmədov Niymət Abuzər oğlunun psixi xəstə olduğunu əsas götürərək alqı-satqını təsdiqləmədi. 2005-ci ildə mərhumun həyat yoldaşı Gülməmmədova Sevdayə İsmayıl qızı notarial qaydada iltizam vermişdir ki əri həmin evi mənə 500 dollara satıb. Ərinin ruhi xəstə olmasına görə alqı-satqının rəsmiləşdirilməsi mümkün olmadığına görə iltizam verir ki, o əgər vəfat edərsə həmin evə iddialı olmayacaq. Eyni məzmunda məzmunda mərhumun oğlu Gülməmmədov Vidadi Niymət oğlu və qızı Abdullayeva Yeganə Adil qızı da notarial qaydada iltizam vermişlər və vurğulamışlar ki, həmin evi atası mənə 500 dollara satıb.

Gülməmmədov Niymət Abuzər oğlunun vəfadından sonra isə eşitdiyimə görə indi evi başqa bir şəxsə satıblar. Buna baxmayaraq hələ də evə görə ödədiyim 500 ABŞ dolları isə mənə geri qaytarılmayıb. Əgər mənim oğlum həmin evdə pasport qeydiyyatındadırsa, onun razılığı olmadan evi necə sata biliblər? Və mənim pulumu niyə qaytarmaq istəmirlər?
Bütün bunlardan sonra
Xahiş edirəm

1.2001-ci ildə Şəki şəhəri keçmiş M.Ə.Rəsulzadə küçəsi, 255 saylı ev ünvanında Gülməmmədov Niymət Abuzər oğlunun xüsusi mülkiyyəti olmuş evi satın almaq üçün ödədiyim 500 dollar bügünki bazar qiymətlərinə uyğun olaraq cavabdehdən alınaraq mənə geri qaytarılsın. Belə ki aradan keçən 17 il ərzində mənzil və daşınmaz əmlak bazarında qiymətlər azı 10 dəfə artıb. Bu nöqteyi nəzərdən cavabdehdən birinci qrup əlili olan oğlum üçün 5 min manat istəyirəm. Bu məbləğdə pula indi evsiz qalmış oğlum üçün heç olmasa kəndlərdə ev ala bilərəm.
2. Oğlum həmin evdə pasport qeydiyyatında olduğu halda onun razılığı olmadan həmin evin satılması məsələsinə aydınlıq gətirilsin.

İmza: Eldar Bəlyar oğlu Zakirov
30.03.2018

Tel.: 024 244 63 49; 077 527 00 38 \\ipekchi.info\\


Paylaş:


Müəllif : Tarix:
18-05-2018, 16:47
  


loading...