Rəcəb Babaşov yola salınır... - Nazirlikdəki işi də araşdırılır... » Regionxeberleri.com Rəcəb Babaşov yola salınır... - Nazirlikdəki işi də araşdırılır... » Regionxeberleri.com

reklam
» » Rəcəb Babaşov yola salınır... - Nazirlikdəki işi də araşdırılır...

reklam

Rəcəb Babaşov yola salınır... - Nazirlikdəki işi də araşdırılır...

Yaxın vaxtlarda Qazax rayon İcra Hakimiyyətinin başçısı postunda dəyişiklik beş verə bilər. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya verilib. Xəbəri verən mənbə bildirir ki, sözügedən vəzifəni daşıyan Rəcəb Babaşovla bağlı qərar çoxdan verilib və yaxın vaxtlarda rəsmən elan olunacaq.

Regionxeberleri.com DİA.AZ-a istinadən bildirir ki, Rəcəb Babaşov əvvəllər Vergilər Nazirliyində işləyib və keçmiş VN rəhbəri Fazil Məmmədovun yaxın adamı kimi tanınan Babaşovun adı bir sıra vergi qalmaqallarında da hallanır. Qeyd edək ki, Rəcəb Babaşov məhz o vaxtda VN-dən Qazaxa getdi ki, onda artıq sözügedən nazirliyiə qarşı ittihamlar səslənməkdə idi. Hazırda isə yeni Vergilər Naziri Mikayıl Cabbarovun köhnə nazirliyin fəaliyyətini araşdırmağa başladığı da iddia olunur ki, Babaşovun da məhz bu faktlar üzrə silisə çəkiləcəyi istisna deyil.

Məlumatlı mənbə əlavə olaraq onu da bildirib ki, Babaşosun yerinə hazırda icra hakimiyyətində müavin postunu tutan şəxslərdən birinin təyinatı da gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
25-05-2018, 10:23
  


loading...