X
Cəlilabadda məmur oyunbazlığı... - İDDİA » Regionxeberleri.com Cəlilabadda məmur oyunbazlığı... - İDDİA » Regionxeberleri.com

reklam
» » Cəlilabadda məmur oyunbazlığı... - İDDİA

reklam

Cəlilabadda məmur oyunbazlığı... - İDDİA

Cəlilabad Rayon Maliyyə İdarəsi rəisi Əlinazim Quliyevin yeni icra başçısı Namiq Zeynalovla dil tapa bildiyi deyilir

Regionxeberleri.com bildirir ki, FİA.Az sosial şəbəkələrə istinadən xəbər verir ki, maliyyə rəisi ilə təzə başçının yola getdiyi söylənir. Əmlak Komitəsi sədri Kərəm Həsənovun kadrı olan icra başçısı üçün maliyyə müdiri ilə işləmək çətin olmayıb.

Buna səbəb həm reyestr xidmətində işlədiyi dövrdə N.Zeynalovun müxtəlif qeyri-rəsmi məsələlərdən təcrübəsinin olmasıdırsa, digər səbəbin Ə.Quliyevin ustalığıdır.

O, icra hakimləri ilə necə işləmək lazım gəldiyini bilir. Onun fəaliyyəti dövründə yol verdiyi nöqsanlar, maxinasiyalar, nazirlikdən gizli maliyyə işləri, büdcə təşkilatları ilə birgə mənimsəmələr artıq vərdişə çevrilib.

İndiyə qədər anonim məktublarla dolu şikayətlər nazirliyə göndərilsə də, S.Şərifov cənub bölgəsindəki bu kadrı barəsində tədbir görməyib.

Cəlilabad toylarında qarmon çalan, “helloza” mahnısının məhşur ifaçısı kimi tanınmış bu şəxs indi Cəlilabad Rayon Maliyyə idarəsinin rəisi işləyir.

Ona görə də Quliyev Əlinazim Şahsuvar oğlu qarmondan əlavə maliyyə əməliyyatlarının mahir ifaçısıdır.

Üstəlik, dövlət başçısının sərəncamına uyğun olaraq, ali təhsili olmayan şəxslər heç bir vəzifədə, o cümlədən idarə rəhbəri vəzifəsində işləyə bilməz.

Ə.Quliyev isə bir neçə icra başçısı ilə işləməyə və postunda əbədiləşməyə söz verib. İddialara görə, hətta idarə rəisi bütün yığıncaqlarda açıq şəkildə deyir ki, onun yuxarılarda yetərli qədər güclü adamları var və bu səbəbdən də diplomsuz halda vəzifəsində qala bilir.

Maraqlıdır ki, heç bir iqtisadi savadı olmayan bu adama Cəlilabad kimi bir rayonun maliyyəsini necə etibar ediblər?

FİA.Az KİV-ə istinadla xəbər verir ki, Ə.Quliyev qazandığı pullara mal-mülk, biznes obyektləri əldə edib.

Onun fəaliyyətinin yoxlanılması və təftiş edilməsi istənilir. Nazirdən Cəlilabada komissiya göndərilməsi xahiş olunur.

İndiyə qədər anonim məktublarla dolu şikayətlər nazirliyə göndərilsə də, S.Şərifov cənub bölgəsindəki bu kadrı barəsində tədbir görməyib.

Ümumiyyətlə, əksər rayon maliyyə idarələrindən mətbuatda neqativ məlumatlara rast gəlmək olar.

Bəzi media quruluşlarında gedən xəbərlərə görə, Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifovun 1-ci müavini Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir.

Eyni zamanda, onun 1 saylı Xəzinədarlıq İdarəsi və bu idarənin rəisi Nadir Qarayev vasitəsiylə necə rüşvət mexanizmi tətbiq etməsi haqda informasiyalar var. Maliyyə naziri Samir Şərifov həqiqətənmi işləri bu qədər nəzarətsiz buraxıb?

Bu da azmış kimi, Cəlilabad maliyyə idarə rəisi bəzi KİV-lərdə özü haqda tərifli yazılar yazdırır. Nazirin etmədiyinə cürət edən Ə.Quliyev özünü yaxşı maliyyəçi kimi təqdim edir.

Mediaya istinadla xəbər verir ki, Cəlilabad rayonunda fəaliyyət göstərən iş adamları, eləcə də ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri rayon maliyyə idarəsindən ciddi şəkildə narazılıq edirlər.

Əlinazim Quliyevin müdaxiləsindən sonra bir çox sahibkar rayonun abadlıq, quruculuq işləri və digər xidmətlərin göstərilməsi üçün keçirlən tenderlərdə iştirakdan məhrum qalırlar.

Əlinazim Quliyevin bir sıra iş adamlarının keçirilən tender komisyalarına təqdim etdikləri sənədləri müxtəlif bəhanələrlə geri qaytardığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, dolayı yolla sahibkarlara bildiriblər ki, mütləq rayon maliyyə şöbəsindən razılıq alınmalıdır.


Paylaş:


Müəllif : Tarix:
25-05-2018, 10:25
  


loading...