Milli Qəhrəman telekanalları ittiham etdi: “İşğalda olan şou-biznesimizdir, yoxsa torpaqlarımız?” » Regionxeberleri.com Milli Qəhrəman telekanalları ittiham etdi: “İşğalda olan şou-biznesimizdir, yoxsa torpaqlarımız?” » Regionxeberleri.com

reklam
» » Milli Qəhrəman telekanalları ittiham etdi: “İşğalda olan şou-biznesimizdir, yoxsa torpaqlarımız?”

reklam

Milli Qəhrəman telekanalları ittiham etdi: “İşğalda olan şou-biznesimizdir, yoxsa torpaqlarımız?”

2016-cı ilin aprelində qəhrəmanlıq nümayiş etdirmiş, döyüşlərdə gözünü və ayağını itirmiş Azərbaycan ordusunun baş leytenantı Kamil Musəvi Azərbaycan televiziyasının acınacaqlı vəziyyətdə olmasından şikayətlənir və bununla bağlı videomüraciətlə çıxış edib.
“Nə vaxt televiziyanı açıram şou proqramları, nə vaxt televiziyanı açırıq, şou verilişlər. Başa düşə bilmirəm, bizim işğalda olan şou-biznesimizdir, yoxsa torpaqlarımız?” – sosial şəbəkələrdə fəal şəkildə yayılan videomüraciətdə zabit deyir.
Zabit ucuz şou-proqramların deyil, vətənpərvərliyin təbliğinə daha çox diqqət ayrılmasına çağırır.
“Mən bunu kimlərəsə irad tutmaq, kimlərəsə qarşı getmək üçün demirəm, ürək ağrısı ilə deyirəm. Bizim bu gün bir şeyə ehtiyacımız var – o da vətənpərvərlikdir. Vətənpərvərlik təbliğ olunmalıdır, gənc nəsil vətənpərvər ruhda böyüməlidir”, - o deyib.
Virtualaz.org



Paylaş:


Müəllif : Tarix:
25-05-2018, 13:33
  


loading...