Gədəbəydə bıçaqlanan şəxs xəstəxanada öldü - YENİLƏNİB » Regionxeberleri.com Gədəbəydə bıçaqlanan şəxs xəstəxanada öldü - YENİLƏNİB » Regionxeberleri.com

reklam
» » Gədəbəydə bıçaqlanan şəxs xəstəxanada öldü - YENİLƏNİB

reklam

Gədəbəydə bıçaqlanan şəxs xəstəxanada öldü - YENİLƏNİB

Gədəbəydə bıçaqlanan şəxs xəstəxanada ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən axşam xəstəxanaya yerləşdirilən rayonun Böyük Qaramurad kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Elşad İsa oğlu həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

E.Quliyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Gədəbəydə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Böyük Qaramurad kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Elşad İsa oğlu bıçaqlanaraq yolun kənarında uzanmış vəziyyətdə aşkarlanıb. O əvvəlcə Gədəbəy rayon Mərkəzi xəstəxanaya, oradan isə Gəncədə olan tibb ocaqlarının birinə aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir. E. Quliyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
26-05-2018, 09:58
  


loading...