reklam
» » Azərbaycanda 68 nazir müavinindən cəmi 3-ü... - Hökumətin tərkibində maraqlı nüans

reklam

Azərbaycanda 68 nazir müavinindən cəmi 3-ü... - Hökumətin tərkibində maraqlı nüans

İspaniya Sosialist Fəhlə Partiyası qadınlara hökumətdə üstünlük verib. Ölkənin baş naziri Pedro Sançes bildirib ki, hökumətdəki 17 nazir portfelindən 11-i qadınlara etibar edilib.

Maraqlıdır, Azərbaycanda Milli Məclis və Nazirlər Kabinetində neçə qadın var? 

Cebhe.info Azərbaycan Respublikası Milli Məclisin saytına istinadən bildirir ki, Milli Məclisdə 119 deputat var, bunlardan 99-u kişi, 20-si isə qadındır. Xanım deputatlar:

1. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, deputat Bahar Əvəz qızı Muradova ; 
2. Ağayeva Ülviyyə Cavanşir qızı ;
3. Axundova Elmira Hüseyn qızı ; 
4. Baxşəliyeva Gövhər Baxşəli qızı ;
5. Cəbrayılova Dilarə Məmmədağa qızı ; 
6. Əliyeva Jalə Fazil qızı ;
7. Əliyeva Kamilə Əli Ağa qızı ; 
8. Əliyeva Sona Sakit qızı ;
9. Fətəliyeva Sevinc Həbib qızı ; 
10. Həmzəyeva Ülviyyə Tapdıq qızı ;
11. Hüseynova Sevinc Əmirəhməd qızı ; 
12. Xanlarova Zeynəb Yəhya qızı ;
13. İbrahimqızı Məlahət İbrahim qızı ; 
14. Kərimzadə Pərvin Orxan qızı ;
15. Qafarova Sahibə Əli qızı ; 
16. Qasımova Flora Qasım qızı ;
17. Mustafazadə Aytən İnqlab qızı ; 
18. Naxçıvanlı Aqiyə Həbib qızı ;
19. Paşayeva Qənirə Ələsgər qızı ; 
20. Vəliyeva Sədaqət Süleyman qızı.

Nazirlər Kabinetinin tərkibində isə 19 nazir, 68 nazir müavini var. 

Azərbaycanda xanım nazir olmasa da, 68 nazir müavinindən 3-ü qadındır.

Nazir müavinləri olan xanımlar: 

1. İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova ;
2. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ; 3. Səhiyyə nazirinin müavini Nigar Əliyeva. 

Bundan başqa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Hicran Hüseynova rəhbərlik edir.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti də xanımdır- Mehriban Əliyeva.


Paylaş:


Müəllif : Tarix:
8-06-2018, 09:41
  


loading...
Загрузка...