“Baku Electronics” müştərisinə "do gəlir"... - GİLEY » Regionxeberleri.com “Baku Electronics” müştərisinə "do gəlir"... - GİLEY » Regionxeberleri.com

reklam
» » “Baku Electronics” müştərisinə "do gəlir"... - GİLEY

reklam

“Baku Electronics” müştərisinə "do gəlir"... - GİLEY

“Köhnə telefon təzə adı ilə satılır . Bu bəla bir neçə şirkətdə var”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, birliyə ünvanlanan məktub iqtisadiyyat naziri Şahin Mustafayevə göndərilib. Sədr şikayətçi Cənnət Familin ünvanladığı məktubun məğzini açıqlayıb: “Binəqədi rayonun, 30166 ünvanında yerləşən “Baku Electronics” (143 telefon) dükanına telefon almaq üçün müraciət edib və təzə telefon almaq istəyib. “Samsung A520” markalı telefon alındıqdan sonra isə kredit müqaviləsi bağlanılıb”.

Müqaviləyə görə, müştəri hər ay 60 AZN ödəməli olub: “İlkin olaraq 105 AZN ödədim. Telefonun ümümi dəyəri 699 AZN -dir. Mənə 1 illik zəmanət talonu verildi. 1 həftə keçməmiş “Whatsapp” proqramı yükləyən zaman telefonda 29 ədəd tanımadığım və istifadə etmədiyim nömrələr göründü və anladım ki, məni aldadıb köhnə telefon satıblar. Dükana gedib satıcılara mənə köhnə telefon satdıqlarını bildirdim , dəyişdirilməsini və ya pulumun qaytarılmasını xahiş etdim. Məni dükan müdirinin yanına göndərdilər. Xahişimi etdikdə o, məni Azadlıq 115 ünvanına göndərdi .

07.05.2018-ci il tarixdə göstərilən ünvanda yerləşən “Samsung” servisinə getdim. Nömrə götürüb ardıcıl çiyələk yeyən xanıma tələbimi bildirdikdə telefona baxmadan məni dinləmədi. Yenidən 07.06.2018-ci il tarixində pulu ödəmək üçün dükana gedib müdirdən xahiş etdim, o, məni servisin müdirü Bayram adlı şəxsin yanına göndərdi. Səhəri günü servis müdirinin yanına getdim, şikayətimi bildirdim, o, telefonu məndən alıb, başqa adama verdi, o isə telefonu tez zamanda qaytarıb gətirdi ki, mən guya telefonu cızmışam. Tam əminliklə deyirəm ki, telefon köhnə olsa da, onda heç bir cızıq yox idi və cızığı bilərəkdən etmişdilər ki, servis imtina etsin. Düşünürəm ki , bütün hallarda hətta cızıq olsa da zəmanət müddətində məndən telefon qəbul edilməli və köhnə olması barədə rəy verilməli idi. Çünki cızığın telefonda olan nömrələrə dəxli yoxdur. Belə görünür ki, dükanla servis əlbirdir”.


Paylaş:


Müəllif : Tarix:
14-06-2018, 09:19
  


loading...