reklam
» » “Təhsil haqqında” qanuna etiraz: “Digər dillər” nədir?

reklam

“Təhsil haqqında” qanuna etiraz: “Digər dillər” nədir?

“Təhsil haqqında” qanuna dəyişikliklər edilsə də, onun ətrafında müzakirələr səngimək bilmir.

Qanuna edilən bəzi dəyişikliklərə etiraz edənlər arasında millət vəkili Hikmət Babaoğlu da var.

Millət vəkili xüsusilə, qanuna edilən dəyişikliklər arasında “digər dillərdə də tədris aparıla bilər”ə narazılığını bildirib. O, saytımıza açıqlamasında bu məsələyə parlamentin növbədənkənar iclasında da etiraz etdiyini vurğulayıb:

“Bildiyiniz kimi, ölkəmizdə dövlət dili Azərbaycan dilidir. Amma “Təhsil haqqında” qanuna edilən dəyişikliklərdə qeyd olunur ki, Azərbaycanda digər dillərdə də tədris aparıla bilər. “Digər dillər” nədir? Dünyada iki mindən çox dil var. Eləcə də beş dil dünya dili hesab olunur. Ancaq qanunda bu məsələ aydın deyil”.

H.Babaoğlu qanunun 11-ci maddəsinə edilən müddəalara da münasibət bildirib və qeyd edib ki,  həmin maddədə icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən  əhsilin keyfiyyət təminatının qiymətləndirilməsi məsələsi əksini tapır.

Millət vəkilinin fikrincə, burada, sadəcə, təhsilin keyfiyyətinin qiymətləndirilməsindən söhbət getməlidir:

“Əgər təhsilin keyfiyyət təminatından danışırıqsa, onda bu, təhsil müəssisəsinə gedən yollardan, həmin müəssisənin binasının keyfiyyətindən başlamış kadr məsələlərinə qədər böyük bir spekti əhatə edir. Ona görə də, layihədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi vurğulanmalıydı”.

H.Babaoğlu həmçinin, indi olmasa da, gələcəkdə sənədin 15-ci maddəsinin 2-ci bəndinin qanundan tamamilə çıxarılmasını təklif edib.

“Burada təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisəsələrindən söhbət gedir. Yəni, bununla biz xarici ölkə vətəndaşlarına ölkəmizdə təhsil müəssisələri yaratmağa icazə veririk. Amma bilirik ki, Azərbaycan vətəndaşı olmayan şəxslərin Azərbaycan dövləti qarşısında heç bir hüquqi öhdəçiliyi yoxdur.

Belə olan halda, onlar nə üçün ölkəmizdə təhsil müəssisələri açmalıdır? Onların ən müxtəlif məqsədləri ola bilər. Dünyada belə termin var-“qeyri-ərazi müstəmləkəçiliyi”. Söhbət ondan gedir ki, ölkə ərazi baxımdan işğal olunmur, amma qeyri-ərazi baxımından işğal olunur. Yəni insanların beyni işğal edilir.

Mən düşünürəm ki, əgər vətəndaşlığı olmayan şəxslər bu formada ölkəmizdə təhsil müəssisələri açacaqlarsa, nəticə etibarilə biz qlobal imperializmin qeyri-ərazi müstəmləkəçiliyinə məruz qala bilərik. Ona görə bu müddəa gələcəkdə qanun layihəsindən çıxarılmalıdır”.


Paylaş:


Müəllif : Tarix:
14-06-2018, 10:38
  


loading...
Загрузка...