Bu il Azərbaycanda 846-sı əkiz, 33-ü üçəm doğulub » Regionxeberleri.com Bu il Azərbaycanda 846-sı əkiz, 33-ü üçəm doğulub » Regionxeberleri.com

reklam
» » Bu il Azərbaycanda 846-sı əkiz, 33-ü üçəm doğulub

reklam

Bu il Azərbaycanda 846-sı əkiz, 33-ü üçəm doğulub

Bu il Azərbaycanda 846-sı əkiz, 33-ü üçəm dünyaya gəlib.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44540 doğulan körpə qeydə alınıb.

Bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 846-sı əkiz, 33-ü üçəmdir.

Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.


Paylaş:


Müəllif : Tarix:
14-06-2018, 11:09
  


loading...