X
Əkbər Hacıyevin kadrı belə narazılıq yaradır - İşçilər üsyana qalxdı » Regionxeberleri.com Əkbər Hacıyevin kadrı belə narazılıq yaradır - İşçilər üsyana qalxdı » Regionxeberleri.com

reklam
» » Əkbər Hacıyevin kadrı belə narazılıq yaradır - İşçilər üsyana qalxdı

reklam

Əkbər Hacıyevin kadrı belə narazılıq yaradır - İşçilər üsyana qalxdı

Bərdə rayon Qaz İdarəsinin 170-dən artıq əməkdaşı maaşlarını vaxtlı-vaxtında ala bilmədikləri və işçilər arasında ayrı-seçkilik qoyulmasından narazılıq edərək ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Sosial şəbəkələrdə yayılan müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“Cənab prezident! Nəzərinizə çatdırırıq ki, biz Bərdə rayonu Qaz İdarəsinin əməkdaşları maaşlarımızı 45 və 50 günə alırıq, ona görə də işə getməyə yolpulu belə tapmırıq. Bəzilərimizin ərzaq mağazalarına o qədər borcu var ki, daha bizə nisyə ərzaq belə vermirlər. 170 nəfər ailə başçısı, üstəgəl ailə üzvləri min nəfərə yaxın insan deməkdir. Bu qədər insan hər ay bu əməkhaqqına gözünü dikir. Şirkətdən bizə bildirirlər ki, əmək haqqınızı Sosial Müdafiyə Nazirliyi ödəməlidir. Biz sözügedən nazirliyin 142 qaynar xəttinə zəng edirik, ordan isə bizə dedilər ki, siz “SOCAR” şirkətiylə müqavilə bağlamısız, maaşınızı da onlar ödəməlidir. Onu da bildirək ki, ştatda işləyən içilər hər ayın 5-də əmək haqı alırlar. Bu ayrı-seçkilik isə içilərin arasında böyük narazlığa səbəb olur.

Cənab Prezident! Biz də onlar kimi Azərbaycan vətəndaşıyıq, eləsə niyə işçilər arasında belə ayrı- seçkilik eləyirlər?! Bu insan haqlarının kobudcasına pozulması deyilmi? Həmkarlar İtifaqı niyə bu məsələyə göz yumur? Bizə vur-tut 248 manat əməkhaqqı verilir, onu da vaxtlı vaxtında ödəmirlər. Ölkəmizdə güclü inkişafımız var, deyirik, iqtisadiyyatımız yüksəkdir, deyirik. Amma təsüflər olsun ki, bunu sadə vətəndaşlar hiss etmir. Azərbaycanda məmur özbaşnalığının qarşısını almaq, görünür, mümkün deyil. Belə halda biz kimə müraciət edək? Nəzərinizə çatdıraq ki, bu 170 nəfər ailə başçıları arasında şəhid ailəsi də, Qarabağ əlili olan da var. Əzizi vətən uğrunda can qoyan da öz ölkəsində zülm içində yaşayarmı? Biz sizə müraciət edərək bu haqsızlığa son qoyulmasına yardımçı olmanızı istəyirik.”

Sözügedən məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayevlə danışdıq. Maaşların yubanması ilə bağlı deyilənləri əsassız sayan şöbə rəisi sualımızı belə cavabladı: “Həmin 170 nəfərin xidməti müqavilə ilə çalışan şəxslərdir. Şirkətin ştatlı işçiləri ayın 10-dək, xidməti müqavilə ilə işləyənlərsə 20-dən əmək haqqı alırlar. Nə onların, nə də digərlərinin əmək haqqı yubanmır. Onlar ötən ay, yəni mayda da maaşlarını ayın 20-də alıblar, bu ay da 20-də alacaqlar”. \\Hurriyyet.org\\


Paylaş:


Müəllif : Tarix:
14-06-2018, 12:25
  


loading...