reklam
» » Azəravtoyol sahibkarlara müharibə elan edib: - Prezidentə şikayət olunub

reklam

Azəravtoyol sahibkarlara müharibə elan edib: - Prezidentə şikayət olunub

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı məqsədilə son illər xüsusi dövlət proqramları və sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilmiş və digər tədbirlər həyata keçirilmişdir

Sahibkarlığın inkişafına dəstəyin hakimiyyətin əsas prioritet məsələsi olduğu ölkə rəhbərinin çıxışında da birmənalı şəkildə ifadə olunmuşdur: “Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”. Ancaq təəssüflər olsun ki, president tərəfindən göstərilən bu mövqe bir çox qurumların fəaliyyətində öz əksini tapmır.

Babək prospektində fəaliyyət göstərən bir qrup sahibkarın şikayəti də dövlət qrumları tərəfindən onların işinə qeyri-qanuni müdaxilə ilə bağlıdır. Şikayətin məzmununa keçməzdən öncə bildirək ki, paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik olan Babək prospektinin yenidən qurulması çərçivəsində uzunluğu 8.7 km olan prospektin asfalt örtüyü ilə yanaşı su və kanalizasiya sisteminin də yenilənəcəyi nəzərdə tutulub. İlk baxışda bu təqdirəlayiq bir addımdır. Amma prosesin gedişi bu ərazidə fəaliyyət göstərən sahibkarlar üçün ciddi problemlər yaradıb. Yolda aparılan təmir prosesi zamanı bir sıra ictimai-iaşə obyektlərinin bazarı “öüb”. Onlarla avtomobil təmiri sexləri, mebel mağazaları və sairə obyektlər aylarla davam edən qazıntı işləri zamanı magistral yolun kənarlarında olan obyektlər müştərisiz qaldığından müflis duruma düşüb. Amma təmir başa çatdıqdan sonra da sahibkarların problem həll olunmayıb. Redaksiyamıza müraciət edən sahibkarlar bildirir ki, yolda təmir işi aparan Azəravtoyol ASC obyektlərin qarşısına asvalt döşəmə vurmaq üçün sahibkarlardan pul tələb edir. Əsas kimi isə bu göstərilir ki, bu obyektlərin qarşısı Azərsu ASC-nin su və kanalizasiya sistemini yenilədiyi zaman dağıldığından təmir etmək Azəravtoyol-un borcu deyil. Həmin ərazdə yolun asvaltlanması üçün təxminən 25 min manat vəsait tələb olunur. Aylarla davam edən təmir prosesində onsuz da ciddi ziyan çəkən sahibkarlar üçün isə belə bir məbləği toplamaq tamamilə iflas olmaq deməkdir.

sözügedən sahibkarlar problemlə bağlı ölkə rəhbərinə də müraciət ünvanlayıblar.(xəbər.org)


Paylaş:


Müəllif : Tarix:
14-06-2018, 17:39
  


loading...
Загрузка...