reklam
» » Azərbaycanda bu əmələ görə cərimələr dəfələrlə artırıla bilər

reklam

Azərbaycanda bu əmələ görə cərimələr dəfələrlə artırıla bilər

"Abşeron yarımadası yarım səhra zonasında yerləşir. Bakıda yaşıllıqların salınması şəhərin ekoloji vəziyyətinin yaxşılaşmasına gətirib çıxarır".

Regionxeberleri.com-un APA-a istinadən məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

O qeyd edib ki, yaşıllıqları dəyərsiz hesab edən, öz şəxsi maraqları üstün tutan sahibkarlar tərəfindən ağaclar kəsilir: "Hələ də ağacların tək-tək, yaxud da kütləvi şəkildə kəsilməsi hallarına rast gəlinir. Yaşıllıqların məhv edilməsinə görə tətbiq olunan cərimələrin miqdarı kifayət qədər deyil. Cərimələrin artırılması lazımdır. Qanunvericilikdə yaşıllıqların məhv edilməsinə görə cərimələrin dəfələrlə artırılması ilə bağlı Nazirlik tərəfindən hökumətə təkliflər hazırlanır".


Paylaş:


Müəllif : Tarix:
22-06-2018, 11:45
  


loading...
Загрузка...