X
Ağcabədi rayonundan olan bir ailə təhlükədədir » Regionxeberleri.com Ağcabədi rayonundan olan bir ailə təhlükədədir » Regionxeberleri.com

reklam
» » Ağcabədi rayonundan olan bir ailə təhlükədədir

reklam

Ağcabədi rayonundan olan bir ailə təhlükədədir

Onlar aclıq və qorxu içindədir

Ağcabədi rayonundan olan bir ailə saytımıza müraciət edərək acınacaqlı durumda olduqlarını bildirib. Prezident İlham Əliyevə, əksər güc strukturları və KİV-ə müraciət edən ailə başçısı Sənan Bağırov söyləyir:

“Mən 7 nəfərlik ailə üzvümlə  küşələrdə yaşayıram.  Dörd azyaşlı körpəm, 1-ci qrup şikəst anam və həyat yoldaşım acınacaqlı durumdayıq. 4 ildir ki, ünvanlı sosial yardım ala bilmirik. Dəfələrlə Ağcabədi rayon məşgulluq idarəsinə müraciət etsəm də mənə və həyat yoldaşıma iş vermirlər. Anamla birgə dəfələrlə icra başçısı Şahin Məmmədovun qəbulunda olmuşuq. Orda da bizə qarşı hörmətsiz mövqe göstərilib. Ailəm dəfələrlə aclıqla üz-üzə qalıb. 4 körpəmin acından öləcəyindən qorxub dəfələrlə intihara cəhd etmişəm. Lakin icra başcısı hadisə yerinə nümayəndə göndərib mənə kömək edəcəyini dedi. Ona inanıb bu fikirdən daşındım. Sonra icra başçısının qəbulunda oldum.  Məni hədələyib həbs etdirəcəini bildirdi.  Biz qorxu işində yaşayırıq. Anama deyirlər ki, oğlun nəsə yazsa, balalarını yetim qoyacağıq.  Bu müraciətdən sonra başıma nə gələcəyini belə bilmirəm.  Ailəmizin təhlükəsizliyi risq altındadır”.


Paylaş:


Müəllif : Tarix:
1-03-2017, 20:08
  


loading...