X
Sahil Babayev köhnə nazirin qohumlarını hədəfə alıb? - "Adları çəkilən şəxslər..." » Regionxeberleri.com Sahil Babayev köhnə nazirin qohumlarını hədəfə alıb? - "Adları çəkilən şəxslər..." » Regionxeberleri.com

reklam
» » Sahil Babayev köhnə nazirin qohumlarını hədəfə alıb? - "Adları çəkilən şəxslər..."

reklam

Sahil Babayev köhnə nazirin qohumlarını hədəfə alıb? - "Adları çəkilən şəxslər..."

Keçmiş nazirin 3 qohumu işdən çıxarılmayıb, adları çəkilən şəxslər öz ərizələri ilə işdən çıxıblar.

Regionxeberleri.com bildirir ki, bu sözləri Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı nazir Sahil Babayevin sabiq nazir Səlim Müslümovun uzun illərdir nazirlikdə işləyən bir neçə qohumunu işdən çıxarması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

F.Talıblı bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov öz ərizəsi ilə vəzifəsindən istefa verdikdən sonra onun vəzifəsini icra etmək İlham Hüseynova həvalə edilib:

"DSMF-nin Nəsimi şöbəsinin müdiri vəzifəsini hazırda İlham Hüseynov icra edir. Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadənin yerinə isə Elman Cəfərov təyin olunub".

Qeyd edək ki, Mia.az saytının məlumatına görə, nazir Sahil Babayevin əmri ilə nazirin müşaviri Yalçın Müslümov, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov və Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə tutduqları vəzifələrdən azad ediliblər.


Paylaş:


Müəllif : Tarix:
26-06-2018, 17:21
  


loading...