"Mən ona dedim ki, niyə burdakı ərzaqları daşıyırsız..." - QALMAQAL » Regionxeberleri.com "Mən ona dedim ki, niyə burdakı ərzaqları daşıyırsız..." - QALMAQAL » Regionxeberleri.com

reklam
» » "Mən ona dedim ki, niyə burdakı ərzaqları daşıyırsız..." - QALMAQAL

reklam

"Mən ona dedim ki, niyə burdakı ərzaqları daşıyırsız..." - QALMAQAL

Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatda yaşayan ahıl bir kişiyə zorakılıq edilib.

Regionxeberleri.com bildirir ki, bu barədə Cebhe.info-ya Azad İstehlakçılar Birliyinin nəzdində yaranmış tibb müəssələrində istehlakcı hüquqlarının müdafiə komissiyasının rəhbəri Əhməd Rəhmanov məlmat verib.

Onun sözlərinə görə, zərərçəkmiş ponsionatın nəzdnində olan inzibati binada ailəsi ilə birlikdə yaşayır.

1-ci qrup əlil Qabil Quliyev isə Cebhe.info-ya şikayəti zamanı Əlillər Evinin Pərvanə adlı əməkdaşı tərəfindən ona qarşı təzyiq edildiyini bildirib.

Qabil Quliyev bildirib ki, pansionatın əməkdaşlarının - xüsusilə Pərvanənin buradan dəfələrlə ərzaq apardığının şahidi olub. Bununla bağlı onunla bir dəfə sözləşməsi də olub:

“Mən ona dedim ki, Pərvanə, niyə burdakı ərzaqları daşıyırsız, insanlar bunu boğazlarından kəsib, ehsan kimi bizə gətirirlər”.

Növbəti dəfə bu vəziyyəti müşahidə edən zaman Pərvanə onu qabaqlayıb: “Pərvanə mənə dedi ki, Qabil məni telefonla çəkmə ha. Mən isə onu çəkmirdim”.

Növbəti dəfə isə əlil ponsionat işçisini çantalarla ponsionatdan çıxan zaman həqiqətən telefonun videokamerasına çəkməyə başlayıb:

“Ayın 13-də qapının qarşısında dayanıb, mühafizəçi ilə söhbət edirdim. Bu vaxt pansionatın əməkdaşı Pərvanə çıxırdı. Mən də onu telefonla çəkdim. Məni itələdi, yıxıldım, dəydim ağaca. Mühafizəçi telefonu əlimdən aldı ki, çəkməyim. Amma onun məni yıxması, itələməsi hamısı telefona düşüb”.

Ponsionatın qarşısında dava düşüb. Qabil Quliyevin həyat yoldaşı özünü hadisə yerinə çatdırıb. Həyat yoldaşının müdafiəsinə qalxan zaman Pərvanə ona “Elnarə, elə eləmə ki, səni burda öldürtdürüm”-deyib: “Yoldaşım isə ona dedi ki, elə bilirsən ki, 4-cü mərtəbədən qoca kişini yıxıb öldürdüyünüzü bilmirik?” - deyə cavab verib.

Bundan sonra hadisə yerinə Maştağa qəsəbəsindəki 14-cü bölmənin polis əməkdaşları gəlib. Zərərçəkən çəkilişləri təqdim edib. Ondan izahat alınıb.

Sonra zərərçəkən polis bölməsinə çağrılıb. 3 saylı xəstəxanada ekspertizaya göndərilib. Amma göndəriş verilməyib.

Sabunçu qəsəbəsindəki 3 saylı xəstəxanada isə göndəriş istəyiblər.

Yenidən polis bölməsinə gedən zaman isə buradan ona bildiriliblər ki, ponsionatın rəhbərliyi onlara məlumat verib ki, o, ponsionatda qeydiyyatda deyil. Amma işin apaşdırılacağı bildirilib.


Paylaş:


Müəllif : Tarix:
28-06-2018, 10:25
  


loading...