reklam
» » Şamaxı əhalisi icra başçısından qurtulmaq istəyir - Şamaxıda nə baş verir?

reklam

Şamaxı əhalisi icra başçısından qurtulmaq istəyir - Şamaxıda nə baş verir?

Şamaxı əhalisi icra başçısının özbaşınalığından bezib.

Son bir neçə gün ərzində ölkədə baş verən hadisələr gündəmin mövzusuna çevrilib. Mingəçevirdə yerləşən Azərbaycan İES-də baş verən ardıcıl partlayışlar nəticəsində ölkə ərazisi iki gün qaranlığa büründü. Eyni zamanda, qaranlıqdan istifadə edib Gəncə şəhərində sui-qəsd hadisəsi törədildi. Gəncənin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi güllələndi. Hazırda hər ikisinin vəziyyətinin ağır olaraq qiymətləndirildiyi bildirilir. Sui-qəsdi törətməkdə şübhəli bilinən Yunis Səfərov isə saxlanılaraq hüuq-mühafizə orqanlarına təhvil verilib.

Bununla yanaşı, sosial şəbəkələrdə Gəncədə yaxın günlərdə etiraz aksiyalarının keçiriləcəyi planlaşdırılır. İyunun 10-da Gəncənin mərkəzində planlaşdırılan aksiyanın əsas məqsədlərindən biri Gəncənin sui-qəsdə məruz qalmış başçısının və onun yaxınlarının şəhəri tərk etməsi tələb ediləcəyi deyilir. Hazırda sosial şəbəkələrdə Gəncədə aksiya keçirilməsi ilə bağlı elanın yayımlanması davam etdirilir.

Şamaxı İH rayon sakinlərinə divan tutur?

Və belə bir kritik zamanda, Şamaxı İcra Hakimiyyəti tərəfindən şamaxılılara divan tutulduğu deyilir. Məlumata görə, Şamaxı əhalisi başçı Asif Ağayevdən şikayətçi olsalar da, onlar rayonda problemlərini dinləməyə qurum tapa bilməyiblər. Bununla yanaşı, başçının birinci müavini Qasım Qasımovun əhaliyə zülm etdiyi bildirilir. Rayon sakinlərinin sözlərinə görə, icra başçısının və onun rayonda güc strukturlarını idarə edən yaxınlarının əhaliyə az qala divan tutması ilə bağlı dəfələrlə rastlaşılıb. Bildirilir ki, normalda ölkə qanunlarına uyğun olaraq məhkəmə hakimləri belə birbaşa prezidentə tabe olduqları halda, hörmətli Asif müəllim onları ələ keçirməyi bacarıb və rayonda polis rəisindən tutmuş digər dövlət müəssisə rəhbərlərinə qədər bütün dövlət qulluqçularını özündən asılı hala salıb.

Buna görə də, rayon camaatı kommunal problemləri, məişət problemlərini və ümumən, heç bir sosial dərdlərini heç bir dövlət idarəsində bölüşə bilmirlər. Çünki icra başçısının təkidi ilə rayon camaatının problemlərinin həll olunmasına baxılmaması tapşırığı verilib. Eyni zamanda, başçının xüsusi göstərişi ilə İcra Hakimiyyətinə qəbula gələn vətəndaşları ərazidən qovmaq tapşırılıb.

Rayonla kəndləri birləşdirən yollar bərbad vəziyyətdədir.

Rayon camaatı rayon kəndlərində yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Onların sözlərinə görə, dəfələrlə rayonda quruculuq və abadlıq işlərinin görülməsi üçün İH-ə dövlət tərəfindən vəsait ayrılsa da, nəticə etibarı ilə heç bir quruculuq işləri görülməyib. Ona görə də, rayonla kəndləri birləşdirən yollar bərbad vəziyyətdədir. Qışda bu yollarda nəinki avtomobil ilə, heç piyada da hərəkət etmək olmur.

Qeyd edək ki, yerli icra orqanları Azərbaycanda ən narazı dövlət qurumlarındandır. Demək olar ki, bütün rayonların İcra Hakimiyyətləri rayon sakinlərinin arzu və istəklərinə məhəl qoymadan fəaliyyət göstərirlər. Ona görə də, rayon sakinləri yerli icra orqanlarından öz narazılıqlarını ifadə edirlər.
İnterpress.az


Paylaş:


Müəllif : Tarix:
7-07-2018, 17:57
  


loading...
Загрузка...