reklam
» » Hava soyuyacaq, 3 gün qar yağacaq - XƏBƏRDARLIQ

reklam

Hava soyuyacaq, 3 gün qar yağacaq - XƏBƏRDARLIQ

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 4-ü gündüzdən 6-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.
 
Sabah isə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər zəif duman.
 
Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
3-03-2017, 12:44
  
loading...