reklam
» » “Azərbaycan Sənaye Bankı” çöküş ərəfəsində - günü-gündən gəlirlərini itirir

reklam

“Azərbaycan Sənaye Bankı” çöküş ərəfəsində - günü-gündən gəlirlərini itirir

“Azərbaycan Sənaye Bankı” 2018-ci ilin birinci yarısı üzrə maliyyə hesabatını açıqlayıb.

Regionxeberleri.com AZXEBER.COM-a istinadən xəbər verir ki, 2 milyon 333 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci ilin birinci yarısı ilə müqayisədə 45% və yaxud 1,9 milyon manat azdır. Belə ki, ötən ilin eyni dövründə Bank 4 milyon 240 min manat xalis mənfəət əldə etmişdi.

Cari ilin yanvar-iyun dövründə “Azərbaycan Sənaye Bankı”nın faiz gəlirləri 12 milyon 269 min manat, qeyri-faiz gəlirləri3 milyon 293 min manat təşkil edib. Xərclər çıxıldıqdan sonra Bankın 3 milyon 555 min manat əməliyat mənfəəti yaranıb.

Bank 615min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, həmçinin, 607 min manat mənfəət vergisi ödəyib.

Ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında “Azərbaycan Sənaye Bankı”nın faiz və qeyri-faiz gəlirləri azalıb. 2017-ci ilin birinci yarısında “Azərbaycan Sənaye Bankı” ASC -nin faiz gəlirləri12 milyon 598 min manat, qeyri-faiz gəlirləri4 milyon 617 min manat, xərclər çıxıldıqdan sonra əməliyyat mənfəəti 5 milyon 434 min manat təşkil etmişdi. Bank ötən ilin birinci yarısında ehtiyatlara 88,56 min manat ayırmış və 1 milyon 103 min manat mənfəət vergisi ödəmişdi.

30 İyun 2018-ci il tarixində “Azərbaycan Sənaye Bankı”1 milyard 20 milyon manat cəmi aktivlərə, 926 milyon 271 min manat cəmi öhdəliklərə və 93 milyon 405 min manat cəmi kapitala malik olub.

31 Dekabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Bankı”945 milyon 189 min manat cəmi aktivlərə, 854 milyon 830 min manat cəmi öhdəliklərə və 90 milyon 358 min manat cəmi kapitala malik idi.

Ötən ilin sonunda müştərilərə verilmiş kreditlər 298 milyon 829 min manat ikən, iyunun sonunda 268 milyon 170 min manat təşkil edib.


Paylaş:


Müəllif : Tarix:
18-07-2018, 09:34
  


loading...
Загрузка...