Yeni icra başçısı təyinatları gözlənilir - TOTAL YENİLƏNMƏ... » Regionxeberleri.com Yeni icra başçısı təyinatları gözlənilir - TOTAL YENİLƏNMƏ... » Regionxeberleri.com

reklam
» » Yeni icra başçısı təyinatları gözlənilir - TOTAL YENİLƏNMƏ...

reklam

Yeni icra başçısı təyinatları gözlənilir - TOTAL YENİLƏNMƏ...

Azərbaycanda yeni icra başçısı təyinatları gözlənilir. Regionxeberleri.com bildirir ki, bu barədə DİA.AZ-a hökumətdəki məlumatlı mənbə xəbər verib. Daxil olan informasiyaya görə, hazırda boş qalan Ağdam RİH rəhbəri postu ilə yanaşı Ağsu, Şamaxı, Şəmkir, Qazax, Lənkəran, Qusar, Şəki, Neftçala, Xaçmaz, Biləsuvar və Masallı rayonlarına da yeni təyinatlar olacaq.

Mənbənin dia.az-a söylədikləri: "Ola bilsin ki, həftəsonu proses başlasın. Amma gələn həftədən daha çox gözləniləndir. Yeni simalara daha çox şans veriləcək. Əyalət rayonlarından bir icra başçısı isə Bakıda təyinat alacaq. Bu dəyişiklik Xəzər rayonunda baş tuta bilər".

Mənbə onu da bildirdi ki, ümumilikdə 20-yə yaxın RİH rəhbəri görəvindən alınacaq.


Paylaş:


Müəllif : Tarix:
27-07-2018, 12:48
  


loading...