reklam
» » Ömürlük məhbus anası imdad diləyir... - "İkinci qrup əlil oğlum 20 ildən çoxdur ki..."

reklam

Ömürlük məhbus anası imdad diləyir... - "İkinci qrup əlil oğlum 20 ildən çoxdur ki..."

Ağcabədi şəhər sakini Rəna Şamil qızı Mirzəyeva oğlu, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan Qapalı Həbsxanasında (QQH) cəza çəkən ömürlük məhkum Məhəmməd Əjdar oğlu Mirzəyevin cəza müddətinin qalan hissəsindən azad olunması xahişi ilə Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Məhkumun anası ölkənin birinci xanlmına ünvanladığı müraciətində bildirir ki, 20 ildən çox cəza çəkən öğlunun səhhətində ciddi problemləri var və bu səbəbdən tezliklə yüksək səviyyədə müaliciə olunmalıdır.

Rəna Mirzəyeva söyəliyir ki, ikinci qrup gözdən əlil olan oğlunun başında olan mina qəlpələri də onun sağlamlığından ötrü təhlükəlidir və ciddi fəsadlar yaradır: “Oğlum Məhəmməd vətənpərvər və işgüzar gənc idi. Qarabağ döyüşlərinə könüllü getmişdi. Tərtər və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmişdi. Qanlı vuruşmaların birində baş nahiyəsindən ağır yaralanmışdı. Baş nahiyəsinin sol tərəfindən ciddi xəsarətlər almışdı. Müalicə olunandan sonra oğlum cəbhəyə dönə bilmədi. Çünki, ağır yaralanması nəticısində sol gözündə görmə qabiliyətini itirmişdi. Amma Məhəmməd yenidən cəbhəyə getmək, torpaqlarımızı işğal edən ermənilərə qarşı vuruşmaq istəyirdi. Bəlkə də cəbhəyə getməyə icazə versəydik, bu gün də bizim yanımızda olar və törətmədəyi cinayət əməlinə görə uzun illər zindanda çürüməzdi.

Günahsız olan balam 20 il ərzində həbsxanada çox əziyyət çəkib. Onun müalicə olunması üçün dəfələrlə Penitensiar Xidmətə yazılı müraciətlər edir və həbsxananın hər dəfə dəyişilən rəislərinə yalvarırdıq ki, oğlumuz Məhəmmədə tibbi xidmət göstərilsin. Demək olar ki, özümüz oğlumuzla görüşə gələn zaman lazımı iynə və dərmanları alıb gətiririk. Uzun müddət qapalı şəraitdə, kamerada yaşayan oğlum həm də tez-tez həbsxana rəhbərliyi tərəfindən mənəvi və psixoloji işgəncələrə məruz qalır. Belə ki, rəis dövlət tərəfindən tətbiq olunmuş, həbsxananın daxili nizam qaydalarına görə, ömürlük məhkumun vaxtaşırı ailə üzvləri ilə telefon danışıqlarına məhdudiyyət qoyur və müəyyən edilmiş görüşü gecikdirməklə bizə ciddi problemlər yaradır. Elə vaxtlar olub ki, biz Ağcabədidən yayın qızmar vaxtı oğlumuza görüşə gəlmişik, amma həbsxananın qapısında saatlarla gözləməyimizə baxmayaraq, bizi görüşə buraxmayıblar. Çox təəssüflər olsun ki, belə hallar tez- tez baş verir”.

Ömürlük məhkumun anası Rəna Mirzəyeva Qobustan Qapalı Həbsxanasının rəhbərliyi ilə yanaşı, məhkəmə və prokurorluq orqanlarından da şikayətçidir. O deyir ki, artıq oğlu Mirzəyev Məhəmməd 20 ildən çoxdur ki, qapalı şəraitdə cəza çəkir, bu müddət ərzində həbsxanada daxili rejim qayda-qanunlarına daima əməl edib və indiyə qədər həbsxananın rəisi tərəfindən barəsində hər hansı bir tənbeh və ya cəza tədbiri tətbiq olunmayıb:

“Əgər oğlumun günahı yoxdursa, nə səbəbdən Məhəmmədin cəza müddətinin azaldılması ilə bağlı həbsxana rəhbərliyi məhkəməyə müraciət etmir “- sualı ilə söhbətini davam etdirən R.Mirzəyeva dedi:

“Oğlumun saxta - sifarişli ittihamla, törətmədiyi cinayətə görə həbsə salınması, ömürlük cəza verilməsi ilə bağlı mərhum həyat yoldaşım müvafiq orqanlara, Prezident Adminstrasiyasına, Baş Prokurorluğa, Ali Məhkəməyə, Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına, beynəlxalq təşkilatlara 100 kiloqram çəkidə ərizə, şikayət, müraciətlər yazmasına və çoxlu sayda teleqramlar vurmasına baxmayaraq, haqq öz yerini tapmadı. Həyat yoldaşım isə günahsız həbs olunan oğlumuz Məhəmmədin yolunu gözləməkdən, əvvəlcə gözləri tutuldu və daha sonra oğlumuzun qanunsuz həbsinə dözə bilməyərək, vaxtsız dünyasını dəyişdi.

Mən də dəfələrlə Respublika Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayeva və Baş Prokuror cənab Zakir Qaralova oğlumun qalan cəza müddətindən azad olunması ilə bağlı müraciət və ərizələr göndərmişəm. Ölkə başçısından, Mehriban xanımdan xahiş etmişəm ki, onu ömürlük cəzanın qalan hissəsindən azad etsinlər. Amma hələlik müsbət cavab ala bilmirik.

Gənc yaşlarından zindana atılan oğlumun səhhəti çox pisdir. Qorxuruq ki, Məhəmmədi itirək.

Qəzetiniz vasitəsilə də, Mehriban xanıma müraciət edirəm: “Ümidimiz, əlac yerimiz Sizsiniz, Mehriban xanım! İnanırıq ki, Siz humanist addım atıb, çox çətin durumda olan Məhəmməd Əjdar oğlunu tezliklə azadlığa buraxacaqsınız”.

Xatırladaq ki, hal-hazırda qapalı rejimdə cəza çəkən, fəal döyüşçü, Ağcabədi şəhər sakini Məhəmməd Əjdar oğlu Mirzəyev 1997-ci ilin avqust ayında qonşuluqda yaşamış 9 yaşlı qızın müammalı ölümündə şübhəli bilinərək həbs olunmuş, Ali Məhkəmənin hökmü ilə qəsdən adamöldürmə maddəsi ilə güllələnməyə məhkum olunmuşdur. Qanunvericilikdə edilən dəyişlikdən sonra, ona elan edilən ən ağır cəza 1998-ci ildə ömürlük həbslə əvəz edilib. Cinayəti bilə-bilə xəbər vermədiyinə görə, ittiham olunaraq 3 il şərti cəza alan, ömürlük məhkumun bacısı Könül Mirzəyevanın vəkili Saleh Məmmədov deyir:

“Həqiqətən də, ekspertizanın rəyinə görə, avtomobil qəzasında dünyasını dəyişən 9 yaşlı qızcığazın ölmünün istintaq orqanı tərəfindən qətl hadisəsi kimi, heç bir suçu olmayan zavallı Məhəmmədin boynuna qoyulması, onun və bacısı Könülün həbs olunması, o biri qardaşının polis tərəfindən girov götürülməsi Allah qarşısında böyük gunah və istintaq orqanlarının ən kobud və bağışlanılmaz səhvidir. Sonradan məlum olduğu kimi, Ağcabədinin o vaxtkı başçısı Şamil Əliyevin sifarişi əsasında qurulan bu faciəli oyunun qurbanları Mirzəyevlər ailəsi olmuşdur. Belə ki, bu ailənin 3 üzvü ailə başçılarının xəbəri olmadan həmin vaxt Ağcabədi rayon Polis Şöbəsinə aparılıb, onlara olmazın işgəncələr verilib. Həmin vaxt rəis işləyən polis polkovniki Həsən Əliyevin və rayon prokuroru olmuş Həsrət Pirməmmədovun göstırişləri ilə, qızcığazın ölmünü məhz Məhəmmədin boynun qoymaqdan ötrü, əvvəlcə balaca qardaşı Rövşəni polislər huşunu itirənədək döymüş, Məhəmmədi isə istilik aparatına bağlayaraq, işgəncə vermişlər. Amma, onun dırnaqlarının bir neçəsini çıxartsalar da, törətmədiyi cinayəti boynuna almamışdır. Belə olan təqdirdə isə Ağcabədi polisi ən iyrənc üsula əl atıblar. Yəni bu dəfə onlar döyülməkdən və işgəncələrdən pis vəziyyətə düşən Məhəmmədin qarşısına bacısı Könülü gətirib, onu soyundurmağa başlayıblar və əgər bu cinayəti boynuna almazsa, bacısının başına min cür oyun gətirəcəkləri ilə hədələyiblər. Bundan sonra rayon prokuroru, sonradan kobud qanun pozuntularına görə işdən qovulan Namiq Muradov Məhəmmədə ağ kağıza qol çəkdirib. Beləliklə, Məhəmməd Mirzəyev bacısının namusunu vicdansız polislərdən qorumaq üçün törətmədiyi cinayəti boynuna almaq məcburiyyətində qalıb”.

Vəkil Saleh Məmmədov daha sonra deyib: “Mən vəkillik etdiyim müddətdə belə qərəzli, sifarişli, ədalətsiz, qanunsuz işlə rastlaşmamışdım. Mən həmkarım, təcrübəli vəkil Osman Kazımovla nə qədər çalışdıq ki, bu işi dağıdıb, Məhəmmədi həbsdən buraxdıraq, Azərbaycan xanımı olan Könülə saxta ittiham verməsinlər, bütün qanuni metodlardan, yollardan istifadə etsək də, buna nail olmadıq. Bizə imkan vermədilər, təqdim etdiyimiz onlarla vəsatət təmin olunmadı. Əksinə, bizə ciddi nəzarət qoyuldu, hətta təzyiqlər də oldu.

Ümumiyyətlə, Azərbaycan məhkəmə tarixində belə unikal proses olmayıb. Ali Məhkəmənin hakimi Etibar Nəbiyev bu məhkəmə işini 45 dəqiqədə yekunlaşdırdı. Dövlət ittihamçısı saxta ittihamla çıxış etdi, nə şahidlər dindirildi, nə ekspertiza tərəfindən məhkəməyə təqdim olunmuş rəy müzakirə olundu, nə də hakim vəkillərin çıxışına imkan yaratdı. Sonu isə məlumdur, məhkəmənin hökmü ilə Məhəmməd bir ölüm faktına görə güllələnməyə, bacısı Könülə isə guya baş vermiş cinayəti bilib, xəbər vermədiyinə görə, 3 il şərti cəzaya məruz qaldı”.

Vəkil iddia edir ki, savadsız müstəntiqin və sifarişləri icra edən hakimin kobud qanun pozuntusu ucbatından Mirzəyevlər illərdir əzab çəkirlər. \\hurriyyet.org\\


Paylaş:


Müəllif : Tarix:
15-08-2018, 10:14
  


loading...
Загрузка...