Şəmkirin icra başçısı etdiklərinin fərqindədir? - Tədbir üçün qeyri-münasib ünvan seçilirsə...
Şəmkirdə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısında konsert proqramı təşkil edilib, sakinlərə energetik içkilər paylanılıb. Rayon sakinləri adından AzEuroNews.com-un elektron poçtuna göndərilən məktubda qeyd edilir ki, abidə önündə “BURN” energetik içkisinin palatkası qurulub. “DJ” diskoteka mahnılarının sədaları altında yoldan keçənləri əraziyə səsləyib. Daha sonra reklam məqsədi ilə onlara energetik içkilər paylanılıb.
Bu olay rayon sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Bir qrup sakin “BURN” şirkətinin təmsilçilərinə öz etirazını bildirib, 20 Yanvar şəhidlərinin abidəsi önündə konsert verməyin şəhidlərimizi təhqir etmək olduğunu söyləsələr də, bunun bir xeyri olmayıb. Sözügedən şirkət konsertinə davam edib.
Təşkilatçılar sakinlərə bildiriblər ki, konset proqramı Şəmkir Rayon İcra Hakimiyyəti ilə razılaşdırılıb. Sakinlər bundan sonra rayon icra hakimiyyətinin qarşısına toplaşaraq icra başçısı Alimpaşa Məmmədovla görüş tələb edilər. Narazı sakinləri icra başçısının müavini qəbul edib və deyib ki, konsert şəhidlər xiyabanında yox, sadəcə parkda onların adına ucaldılan abidənin qarşısında keçirilib.
Sakinlərin sözlərinə görə, “BURN” şirkətinə bu şəraiti Alimpaşa Məmmədovun sağ əli Qüdrət Əliyev yaradıb.
Sakinlər bizə yazdıqları məktubda rayonlarındakı bu biabırçılıqla bağlı prezident İlham Əliyevə şikayət məktubu yazaraq yolladıqları da qeyd ediblər.
Paylaş:
Müəllif : Jurnalist
Tarix:16-08-2018, 10:02
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Jurnalist
Tarix:16-08-2018, 10:02

Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:56
Bu gün, 00:55
Bu gün, 00:17
Dünən, 21:50
16-02-2019, 14:25
16-02-2019, 14:15
16-02-2019, 14:09
16-02-2019, 12:21
16-02-2019, 10:12
16-02-2019, 10:03

İsrailin hərbi sənaye şirkəti Azərbaycanla daha 13 milyon dollarlıq müqavilə bağladı - QALMAQALIN ARDINCA...

"Apellyasiya şikayətimiz üzrə ədalətli qətnamənin çıxarılmasına nail olmaqla siz 4 nəfəlik ailənin intihar etməsinin qarşısını alacaqsınız"-MÜRACİƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı sahibkardan 50.000 manat rüşvət istəyir-ŞİKAYƏT

Vətəndaş Mərkəzi Klinika Gəncə Xəstəxanasından gileylənir - Artıq pulumu alıblar + VİDEO

Tanış qadınla yad kişini görüşdürdü, cinsi əlaqədə olarkən videoya çəkdi, sonra... - Bakıda

AZƏRBAYCAN DƏRSLİKLƏRİNDƏ “ERMƏNİ İZİ” - Təsadüf, səhlənkarlıq, ya arvadı erməni olanların növbəti təxribatı?

AGENTLİK RƏHBƏRİNİN XARİCDƏKİ BÖYÜK BİZNESİ… - Slovakiya, Ukrayna və Türkiyədəki obyektləri + FOTOLAR

“Uralvaqonzavod” T-90 tanklarının yeni ixrac variantını satışa çıxarır - AZƏRBAYCAN DA ALA BİLƏR...

“10 BB 100 nömrəsi bir “Bentley”in üstündədir” - Bahalı nömrə alverçisinin cinayət işi

Bəzi ixtisaslar birləşdirildi, bəziləri ləğv edildi - Abituriyentlər diqqətli olsun
Saytı bəyənirsinizmi?