reklam
» » İnam Kərimova olan inam itməkdədir...

reklam

İnam Kərimova olan inam itməkdədir...

Türkiyədə sığorta sistemi Azərbaycan ilə müqayisədə yüksək inkişaf etsə də, ölkənin Kənd Təsərrüfatı Nazirliyi Orduda baş vermiş sel nəticəsində fermerlərin zərərinin dövlət tərəfindən ödəniləcəyini açıqladı.

Regionxeberleri.com marja-ya istinadən bildirir ki, Türkiyənin kənd təsərrüfatı naziri Bekir Pakdemirli təbii fəlakətin baş verdiyi rayona gedərək fermerlər ilə görüşdü. Onların narahatlığını azaldan nazir, sığortası olmayan fermerlərin zərərinin dövlət tərəfindən ödəniləcəyini şəxsən təkrarladı. Nazir, Ordudakı sel fəlakətindən əziyyət çəkən fermerlərin kredit borclarının rayon idarələrinə müraciətləri halında təxirə salınacağını da dedi. Həmçinin Bekir Pakdemirli, ziyan görən əksər fındıq bağlarının və bostanların kənd təsərrüfatı sığortası çərçivəsində sığortalı olduğunu və təzminatın ən qısa müddətdə ödəniləcəyi qeyd etdi.

Bir neçə gün öncə Azərbaycanda Zaqatalada da güclü sel nəticəsində fermerlərə ziyan dəydi.Verilən məlumata görə, bir neçə kənddə fındıq bağları ziyan görüb. Selin gətirdiyi lil nəticəsində fındıq bağlarına girmək mümkün olmayıb və xeyli məhsul itirilib. Həmçinin, lilin tutduğu bağlarda ağacıların tezliklə quruyacağı, ən azı torpaqdan 10 il istifadə etməyin çətin olacağı bildirilir. Əhalinin tərəvəz və bostan bağları da məhv olub.

Seldən sonra, mətbuatın ulduzuna çevrilmiş kənd təsərrüfatı naziri İnam Kərimovun səsi çıxmadı. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə dəstəyin veriləcəyi barədə bir məlumat yaymadı. Əgər yeni nazir kənd təsərrüfatının inkişafınıistəyirsə, seldən dərhal sonra təbii fəlakət bölgəsinə gedə və fermerlərə dəstək mesajları verə bilərdi. Mətbuatda nazirin və Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdə addımlar atdığı barədə məlumatlara rast gəlmədik. Oxuyan varsa bizə də məlumat versin. Xəbərlərdə, Fövqəladə Hallar Nazirliyinin əhaliyə etdiyi köməkdən bəhs edən informasiyalar verildi. Adi bir görüşü xəbərə çevirən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti "Kəndbəkənd” layihəsi çərçivəsində də bir video-məlumat yaymadı. Əgər, həqiqətən Kənd Təsərrüfatı Nazirliyi zaqatalalı fermerlərə kömək edibsəvə bu barədə məlumat yaymayıbsa səhv edilib. Bu kömək ilə bütün fermerlərə dövlətin onların yanında olduğu mesajı verilə bilərdi.

İctimaiyyətdə, İnam Kərimovun quzu ilə şəkillərindən daha çox, nazirin lilin içində fermerlər ilə görüşündən çəkilmiş fotolar təsirli ola bilərdi. Fermerdəstəyi həqiqi olaraq hiss etməlidir. Bu dəstək maddi olmaqla bərabər, mənəvi də olmalıdır.

Rəsmi qurumlar azı 5 ildirTürkiyənin aqrar sığorta sistemi olan TARSİM təcrübəsinin öyrənildiyini və tezliklə Azərbaycanda tətbiq ediləcəyini bildirirlər.Lakin hələ də bunu bacara bilməyiblər. Əgər effektli sığorta mexanizmi yoxdursa, fermer dövlətdən kömək gözləməkdə haqlıdır.


Paylaş:


Müəllif : Tarix:
21-08-2018, 09:16
  


loading...
Загрузка...