X
Baza hissə və 12 illik ştaj ləğv edilir - Yeni pensiya şərtləri » Regionxeberleri.com Baza hissə və 12 illik ştaj ləğv edilir - Yeni pensiya şərtləri » Regionxeberleri.com

reklam
» » Baza hissə və 12 illik ştaj ləğv edilir - Yeni pensiya şərtləri

reklam

Baza hissə və 12 illik ştaj ləğv edilir - Yeni pensiya şərtləri

“Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərin mətni açıqlanıb. İctimai müzakirəsiz qanun qəbulu təcrübəsi cəmiyyətin suallarına cavab tapmasına imkan vermir”.

"Qaynar" xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev pensiyanın baza hissəsinin ləğvi məsələsindən danışarkən deyib.

Onun sözlərinə görə, qanun layihəsindən məlum olur ki, Azərbaycanda artıq pensiyanın yığım sistemi əsasında təşkili planı təxirə salınır: “Niyə yığım sistemini tətbiq etmək mümkün olmadı, mümkün deyidisə, bunu 11 il qanunda niyə saxlamışdılar? İşləyənlərin ödədiyi sığorta haqlarının 2.5%-i pensiya orqanının saxlanmasına gedəcək. Niyə hökumət orqanının saxlanması üçün vətəndaşlara əlavə vergi tətbiq edilməlidir? Vətəndaşların ödədiyi sosial sığorta haqlarının 85%-i (hazırda bu 50%-dir) fərdi sığorta hesabında qeydə alınacaq, bəs qalan 15% niyə havada qalmalı, qeydə alınmamalıdır?

Yeni dəyişikliklə pensiyanın baza hissəsi də ləğv edilib. Bundən sonra "minimum pensiya" göstəricisindən istifadə ediləcək. Hazırda onun məbləği 110 manatdır. Bundan sonra həmin məbləğ orta illik əmək haqqına uyğun indeksasiya ediləcək. 12 illik staj tələbi də ləğv olunur. Pensiyaya çıxmaq istəyən şəxs pensiya yaşına çatan anda sığorta hesabındakı vəsait hər ay qüvvədə olan minimum pensiyaya uyğun pensiya almağa təminat verərsə, bu hüququ qazanacaq. Amma bu tələb ödənmədikdə, pensiya yaşına çatmış şəxsin əmək stajı 25 ildən aşağı olmamalıdır”.


Paylaş:


Müəllif : Tarix:
7-03-2017, 16:41
  


loading...