reklam
» » Gəncə camaatı ONU AXTARIR... - İTTİHAM

reklam

Gəncə camaatı ONU AXTARIR... - İTTİHAM

Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayevlə bağlı şikayətlər səngimir. Əldə etdiyimiz məlumatlara görə, Məharət Mustafayev vəzifədə olduğu vaxtlarda vətəndaşlardan torpaq satacağı adı altında külli miqdarda pul toplayıb.

Regionxeberleri.com bildirir ki, PİA.az-a bir qrup Gəncə sakinin ünvanladığı şikayətdə bildirilir ki, pul verən əksər vətəndaşlara torpaq sahəsi ayrılmayıb. Həmçinin bir çox vətəndaşa ayrılan torpaq sahəsinə uyğun müvafiq sənədlər təqdim olunmayıb. Vətəndaşların ev tikdikləri yerlərdə torpaq bölgüsü kortəbii şəkildə aparılıb. Bir torpaq sahəsi bir neçə nəfərin adına sənədləşdirilib. Digər sənədlərdə isə böyük problemlər ortaya çıxıb.

Həmçinin sökülmüş obyektlərin yerinə konpensasiya vəd olunsa da, bu őhdəlik də yerinə yetirilməyib. Məharət Mustafayev müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların 4000-5000 min manat civarında pulunu alıb və mənimsəyib.

Populyarxəbərlər
“TTŞ” İnşaat şirkəti Ağcabədidə yeraltı təbbi sərvətləri talan edib - İttiham
“TTŞ” İnşaat şirkəti Ağcabədidə yeraltı təbbi sərvətləri talan edib - İttiham
14.09.2018
Komitə ilə tanınmış jurnalist arasında qalmaqal - Oğurluq ittihamı
Komitə ilə tanınmış jurnalist arasında qalmaqal - Oğurluq ittihamı
14.09.2018
Sabiq nazirdən Ziya Məmmədova xəyanət suçlaması 14.09.2018
Yüksək neft qiyməti və sabit manat: Bəs həyat səviyyəsi niyə aşağı düşür? 13.09.2018
Davakar Tramp, tənbəl Putin, müəllimini sevən Makron... – Prezidentlərin məktəb illəri 14.09.2018
Zahud Orucdan hakimiyyətə daha bir sensasion çağırış:"Əliyevlərin yoluna bağlı olanların Ordusunu qurmaq lazımdır" 14.09.2018

Şikayət məktubunda bildirilir ki, Məharət Mustafayev Gəncə şəhərinin yeni icra başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunduqdan sonra aldadılan vətəndaşlar onun axtarışına başlayıblar. Onların iddiasına görə, Məharət Mustafayev müvafiq idarənin rəhbəri olduğu vaxt torpaq satışı ilə bağlı çoxlu sayda qanunsuzluqlar edib. Məsələ ilə bağlı Gəncədəki tanışlarımızla əlaqə saxladıq və o da bildirdi ki, Məharət Mustafayevlə bağlı Gəncə də ciddi qalmaqallar ortaya çıxa bilər. Çünki şikayətçilərin sayı getdikcə artır.

Əldə etdiyimiz məlumata görə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi sakinlərin çağırışına heç bir reaksiya vermir. Onun heç bir nömrəsinə zəng çatmır. Vətəndaşlar Məharət Mustafayevi tapa bilmədikləri üçün hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşırlar.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Məharət Mustafayevin qanunsuz əməlləri və vətəndaşları aldatması ilə bağlı araşdırmalar aparır.


Paylaş:


Müəllif : Tarix:
14-09-2018, 15:55
  


loading...
Загрузка...