reklam
» » Putin Yerevanda Koçaryan və Sarkisyanla görüşəcək - İDDİA

reklam

Putin Yerevanda Koçaryan və Sarkisyanla görüşəcək - İDDİA

Rusiya prezidenti Vladimir Putin Yerevana səfər edəcək.

Modern.az Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, planlaşdırılan dsəfərin dəqiq tarixi məlum olmasa da, Rusiya prezidentinin həmin səfər zamanı sabiq prezidentlər Serj Sarkisyan və Robert Koçaryanla görüşəcək.

“Yerevan səfəri zamanı Putin ikinci və üçüncü prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla görüşəcək.Putin Ermənistanda onlarla görüşmək istəyirsə, bəlkə onun Yerevan səfərini ləğv etmək lazımdır. Çünki istintaq altında qalan Koçaryanla görüşdən sonra Putinin sabiqlərlə görüşü Rusiya-Ermənistan münasibətlərində yeni dönüş olacaq”.

Xatırladaq ki, sentybarın 8-də Moskvada Putinlə görüş zamanı baş nazir Nikol Paşinyan Putini Yerevana dəvət etmişdi. Kreml Putinin dəvəti qəbul etdiyini və dəqiq tarixin yaxın həftələrdə dəqiqləşəcəyini bildirmişdi.


Paylaş:


Müəllif : Tarix:
18-09-2018, 12:07
  


loading...
Загрузка...