reklam
» » Daha bir məmur hakim qarşısında

reklam

Daha bir məmur hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində daha bir vəzifəli məmurun məhkəmə prosesi başlayır.
Regionxeberleri.com-un “Ölkə.Az”a istinadən məlumatına görə, cinayət məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilən, Qəbələ Telekommunikasiya Qovşağının keçmiş rəisi Tağıyev Şahin Nadir oğlunun məhkəmə prosesi hakim Fikrət Qəribov sədrlik edəcək.
İttiham aktına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qəbələ Telekommunikasiya Qovşağında (TKQ) yoxlama aparılıb və ciddi qanun pozuntuları aşkarlanıb. “Regionlarda telefon şəbəkəsinin modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi layihəsi” çərçivəsində TKQ-larının mərkəzi ATS-lərinin TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentinə qoşulması Qəbələ rayonunda yarasız icra olunub. Bundan əlavə rayon mərkəzi və kəndlərinin telefonlaşdırılması, eləcə də internet xidmətləri ilə də bağlı ciddi qüsurlar aşkarlanıb. Bu istiqamətdə ayrılan vəsait təyinatı üzrə xərclənməyib.

Xatırladaq ki, Tağıyev Şahin Nadir oğlu 2002-ci il avqust ayının 30-dan Qəbələ TKQ-nin rəisi vəzifəsində çalışıb.


Paylaş:


Müəllif : Tarix:
21-09-2018, 12:05
  


loading...
Загрузка...