reklam
» » Səfər Mehdiyev keçmiş "Broker"ə nələri vəd edib? - İLGİNC

reklam

Səfər Mehdiyev keçmiş "Broker"ə nələri vəd edib? - İLGİNC

Bu arada DİA.AZ-a Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və onun himayəsi altında olan Əbülfəz Məlikovla bağlı ilginc məlumatlar daxil olub. Həmin məlumatı təqdim edirik:

"Atçılıq Federasiyasının bütün yarışlarını Əbülfəz Məlikov təşkil edir. Atçılıq Federasiyasının idarə heyətinin üzvü olan keçmiş broker yarışa qədər bütün hazırlıq işlərinə özü rəhbərlik edir. Meyvəli Gomruk terminalına rəhbər təyin etdiyi İntiqam Mahmudovla Təchizat departamentinin rəhbəri Tural (Ə.Məlikovun bacısı oglu) Atçılıq Mərkəzində təmizlikdən tutmuş tribunaların qurulmasına qədər bütün işlərə rəhbərlik edirlər.
Meyvəli terminalındakı fəhlələri istirahət gunlərində məcburi olaraq Atçılıq mərkəzinə apararırlar. Burada işçilərin istirahət huququ pozulur. "Yuxarılar"ın yanında olduqca "sözəbaxan" görünməyə çalışan Broker Əbülfəz səhlələrin qənimidir. Əgər o, gorsə ki hansisa fəhlə su içir, yaxud istirahət üçün kölgəlik yerə gəlib İntiqam Mahmudovu yanına çağıraraq nalayiq soyuşlər söyərək fəhlənin işdən qovulmasını tapşırır".

Daha sonra mənbə dia.az-a bildirir: "Ə.Məlikov həmyerlisi olan İntiqam Mahmudovala (Meyvəli gömrüyünün qeyri rəsmi rəisi), Tural adlı bacısı oğluna ciddi və gizli tapşırıq verib. Bu tapşırığa əsasən Atçılıq Mərkəzində görülən bütün işlər videolentə alınaraq arxivləşdirilir".
Mənbə dia.az-a açıqlamasında bildirir ki, bu işlərdə Əbülfəz Məlikov Döblət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə güvənir: "S.Mehdiyevlə əlbir olaraq at yarışlarını gömrük terminalının işçiləri tərəfindən təşkil olunduğunu videolentə almaqda məqsəd nə ola bilər?

Yoxsa S.Mehdiyevlə əlbir olan Boker Əbulfəzə Atçılıq Federasiyasına rəhbərlik edəcəyi vədi verilib? Hər halda düşündürcü olanı da budur".

 


Paylaş:


Müəllif : Tarix:
21-09-2018, 16:44
  


loading...
Загрузка...